Qədər

  • Zamanın nisbi olması bizə çox əhəmiyyətli bir həqiqəti göstərir: Bu nisbilik o qədər dəyişkəndir ki, bizim üçün milyardlarla il davam edən bir zaman hissəsi bir başqa ölçüdə yalnız bir saniyə çəkə bilər. Hətta kainatın əvvəlindən sonuna qədər keçən çox böyük bir zaman hissəsi bir başqa ölçüdə bir saniyə belə deyil, yalnız bir "an" yaşanar.

    Məhz bir çox insanın anlaya bilmədiyi, materialistlərin isə anlaya bilməyərək inkar etdikləri qədər həqiqəti buradadır. Qədər Allahın keçmişdə və gələcəkdə olan bütün hadisələri bilməsidir. İnsanların əksər hissəsi isə Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini soruşar və qədərin həqiqətini anlaya bilməzlər. Halbuki "yaşanmamış hadisələr" bizim üçün yaşanmamış hadisələrdir. Allah isə zamana və məkana bağlı deyil, onsuz da bunları yaradan Özüdür. Bu səbəblə Allah üçün keçmiş, gələcək və bu an hamısı birdir və hamısı olub-bitmişdir.

    Lincoln Barnett Ümumi Nisbilik Nəzəriyyəsinın bu həqiqətə necə işarə etdiyindən “Kainat və Eynşteyn” adlı kitabında bəhs edir. Barnettə görə varlıqları əhatəli olaraq ancaq "bütün ucalığı ilə kosmik bir zehin" qavraya bilər. Barnettin "kosmik zehin" dediyi iradə bütün kainata hakim olan Allahın elmi və ağlıdır. Bizim bir xətkeşin başını, ortasını, sonunu və aralarındakı bütün vahidləri tam şəkildə və bir anda asanlıqla görə bildiyimiz kimi Allah da bizim bağlı olduğumuz zamanı əvvəldən sona qədər bir an olaraq bilir. İnsanlar isə yalnız zamanı gəlincə bu hadisələri yaşayıb Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar.

    Davamı

Qədər

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.