Materialistlərin narahatlığı

  • Maddənin əsli ilə zamansızlıq və məkansızlıq mövzularını təhlil etdiyimiz bu hissədə izah edilənlər, əslində son dərəcə açıq həqiqətlərdir. Daha əvvəl də ifadə edildiyi kimi bunlar bir fəlsəfə və ya bir düşüncə forması deyil, inkar edilməsi mümkün olmayan elmi həqiqətlərdir. Texniki bir həqiqət olmasının xaricində ağıla əsaslanan və məntiqi dəlillər də bu mövzuda başqa alternativə yer vermir: Kainat, onu meydana gətirən maddələr və içindəki insanlarla və zamanla birlikdə bir görüntü varlıqdır. Yəni əsli ilə əlaqədə ola bilmədiyimiz, zehində yaşanan bir hisslər toplusudur.

    Materialistlər bu həqiqəti anlamaqda çətinlik çəkirlər. Materialistlərin bu mövzunu anlaya bilməmələrinin əsl səbəbi isə anladıqlarında qarşı-qarşıya qalacaqları həqiqətin şüuraltında böyük bir qorxu meydana gətiməsidir. Lincoln Barnett bu mövzunun yalnız "sezilməsinin" belə materialist elm adamlarını qorxutduğunu və narahat etdiyini belə ifadə edir:

    Filosoflar bütün obyektiv həqiqətləri hisslərin bir kölgə dünyası halına gətirərkən, elm adamları insani duyğuların sərhədlərini qorxu və narahatlıq ilə sezdilər.

    Maddənin əsli ilə əlaqədə ola bilmədiyi və zamanın bir hiss olduğu həqiqəti izah edildiyində bir materialist böyük qorxu keçirər. Çünki maddə və zaman onun üçün mütləq varlıq olan iki anlayışdır. Bunlar sanki tapındığı bütdür, çünki maddə və zaman tərəfindən (təkamül yolu ilə) yaradıldığına inanır. (Allahı tənzih edirik)

    Yaşadığı kainatın, dünyanın, bədəninin, digər insanların, fikirlərindən təsirləndiyi materialist filosofların, qısacası heç bir şeyin əsilləri ilə qarşılaşa bilmədiyini hiss etdiyində isə bütün mənliyini dəhşət bürüyür. Güvəndiyi, inandığı, mədət umduğu hər şey bir anda özündən uzaqlaşıb itir. Əslini məhşər günü yaşayacağı və "O gün (müşriklər) Allaha təslim olduqlarını bildirəcək və uydurduqları (büt­lər) onlardan uzaqlaşıb qeyb olacaqlar" (Nəhl surəsi, 87) ayəsində xəbər verilən çarəsizliyi hiss edir.

    Bu andan etibarən materialist özünü maddənin əsli ilə əlaqədə olduğuna inandırmağa çalışır, bunun üçün "dəlil"lər gətirir: yumruğunu divara vurur, daşları təpikləyir, qışqırır, çığırır, amma əsla həqiqətən xilas ola bilmir.

    Materialistlər bu həqiqəti öz başlarından atmaq istədikləri kimi, digər insanların da zehnindən uzaqlaşdırmaq istəyirlər. Çünki maddənin əsl mahiyyəti insanlar tərəfindən bilindiyi təqdirdə, fəlsəfələrinin primitivliyinin və cahil dünyagörüşlərinin ortaya çıxacağının, fikirlərini izah edəcək bir zəmin qalmayacağının fərqindədirlər. Burada izah edilən həqiqətdən bu cür narahat olmalarının səbəbi məhz yaşadıqları bu qorxulardır.
    Allah inkarçıların bu qorxularının axirətdə daha da şiddətlənəcəyini bildirmişdir. Hesab günü Allah onlara belə səslənəcək:

    O gün onların hamısını (bir yerə) toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?” (Ənam surəsi, 22)

    Bunun ardından inkarçılar dünyada əslinə çatdıqlarını zənn edərək Allaha şərik qoşduqları mallarının, övladlarının, ətrafındakı insanların özlərindən uzaqlaşdığına və tamamilə yox olduqlarına şahid olacaqlar. Allah bu həqiqəti də "Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları (bütlər) isə onlardan uzaqlaşıb yox olacaqlar. " (Ənam surəsi, 24) ayəsi ilə xəbər vermişdir.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.