İnananların qazancı

  • Maddənin mütləq olmadığı və zamanın nisbi olması materialistləri qorxudarkən, inananlar üçün tam əksini söyləmək mümkündür. Allaha iman edən insanlar maddənin ardındakı sirri qavradıqlarında böyük bir sevinc duyarlar. Çünki bu həqiqət hər cür mövzunun açarıdır. Bu qıfıl açıldığı anda bütün sirlər açılar. Adam normal halda bəlkə anlamaqda çətinlik çəkdiyi bir çox mövzunu bu sayədə rahatlıqla anlaya bilər.

    Daha əvvəl də ifadə edildiyi kimi, ölüm, cənnət, cəhənnəm, axirət, sonsuzluq kimi mövzular beləcə aydın olmuş və "Allah haradadır?", "Allahdan əvvəl nə vardı?", "Allahı kim yaratdı?", "Qəbir həyatı nə qədər sürəcək?", "Cənnət və cəhənnəm haradadır?", "Cənnət və cəhənnəm bu an varmı?" kimi suallar da asanlıqla cavablanmış olur. Allahın bütün kainatı hansı sistemlə yoxdan var etdiyi qavranır. Hətta bu sirr sayəsində "nə vaxt" və "harada" kimi suallar da mənasını itirir. Çünki ortada nə zaman, nə də məkan qalır. Məkansızlıq qavrandığı təqdirdə cənnət, cəhənnəm, dünya hamısının əslində eyni yerdə olduğu da aydın olur. Zamansızlıq qavrandığı təqdirdə isə hər şeyin bir anda olduğu anlaşılır: hər şey onsuz da olub-bitmişdir. Yəni sonsuzluq əslində başlamış vəziyyətdədir.

    Bu sirrin qavranması ilə birlikdə dünya inanan insan üçün cənnətə bənzəməyə başlayar. İnsanı sıxan hər cür maddi narahatlıq və qorxu itər. İnsan bütün kainatın tək Hakimi olduğunu, Onun bütün maddi dünyanı dilədiyi kimi yaratdığını və yalnız ONA yönəlməli olduğunu qavrayır. Artıq o "hər cür asılılıqdan azad olaraq" Allaha təslim olmuşdur. (Ali-İmran surəsi, 35)

    Bu sirri qavramaq dünyanın ən böyük qazancıdır.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.