Qədər

  • Zamanın nisbi olması bizə çox əhəmiyyətli bir həqiqəti göstərir: Bu nisbilik o qədər dəyişkəndir ki, bizim üçün milyardlarla il davam edən bir zaman hissəsi bir başqa ölçüdə yalnız bir saniyə çəkə bilər. Hətta kainatın əvvəlindən sonuna qədər keçən çox böyük bir zaman hissəsi bir başqa ölçüdə bir saniyə belə deyil, yalnız bir "an" yaşanar.

    Məhz bir çox insanın anlaya bilmədiyi, materialistlərin isə anlaya bilməyərək inkar etdikləri qədər həqiqəti buradadır. Qədər Allahın keçmişdə və gələcəkdə olan bütün hadisələri bilməsidir. İnsanların əksər hissəsi isə Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini soruşar və qədərin həqiqətini anlaya bilməzlər. Halbuki "yaşanmamış hadisələr" bizim üçün yaşanmamış hadisələrdir. Allah isə zamana və məkana bağlı deyil, onsuz da bunları yaradan Özüdür. Bu səbəblə Allah üçün keçmiş, gələcək və bu an hamısı birdir və hamısı olub-bitmişdir.

    Lincoln Barnett Ümumi Nisbilik Nəzəriyyəsinın bu həqiqətə necə işarə etdiyindən “Kainat və Eynşteyn” adlı kitabında bəhs edir. Barnettə görə varlıqları əhatəli olaraq ancaq "bütün ucalığı ilə kosmik bir zehin" qavraya bilər. Barnettin "kosmik zehin" dediyi iradə bütün kainata hakim olan Allahın elmi və ağlıdır. Bizim bir xətkeşin başını, ortasını, sonunu və aralarındakı bütün vahidləri tam şəkildə və bir anda asanlıqla görə bildiyimiz kimi Allah da bizim bağlı olduğumuz zamanı əvvəldən sona qədər bir an olaraq bilir. İnsanlar isə yalnız zamanı gəlincə bu hadisələri yaşayıb Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar.

    Bu məqamda bəzi insanların qarşıya qoyduğu yanlış qədər anlayışına da diqqət yetirmək lazımdır. Bu yanlış qədər anlayışında Allahın insanlara bir "alın yazısı" təyin etdiyi, amma onların bəzən bunu dəyişdirdikləri kimi batil bir inancları vardır. Məsələn, ölümdən qurtulan bir xəstə üçün "qədərini məğlub etdi" kimi cahilcə ifadələrdən istifadə edilir. Halbuki heç kim qədərini dəyişdirə bilməz. Ölümdən qurtulan adam qədərində ölümdən qurtulması yazılı olduğu üçün ölməmişdir. "Qədərimi məğlub etdim" deyərək özlərini aldadanların bu cümləni söyləmələri və ona inanmaları da qədərlərindədir. Belə ki, ayədə "...Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır." (Fatır surəsi, 11) deyə buyrularaq bunların hamısının qədərdə olduğu bildirilmişdir. Çünki qədər Allahın elmidir və bütün zamanı eyni anda bilən və bütün zamana və məkana hakim olan Allah üçün hər şey qədərdə yazılmış və bitmişdir.

    Allah üçün zamanın bir an olduğunu Quranda istifadə edilən üslubdan da anlayarıq: bizim üçün gələcək zamanda olacaq bəzi hadisələr Quranda çoxdan olub-bitmiş bir hadisə olaraq izah edilir. Məsələn, axirətdə insanların Allaha verəcəkləri hesabın ifadə edildiyi ayələr bunu çoxdan olub-bitmiş bir hadisə kimi izah edir:

    Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, (əməllər yazılmış) kitab (hər kəsin qarşısına) qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək... (Zumər surəsi, 68-69)

    Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər... (Zumər surəsi, 71)

    bbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər... (Zumər surəsi, 73)

    Bu mövzudakı digər nümunələr isə belədir:

    r kəs onu qova-qova (məərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcəkdir. (Qaf surəsi, 21)

    Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 16)

    onlara səbr etdiklərinə görə Cənnəti bəxş edər və (orada geyəcəkləri) ipəklə mükafatlandırar. (Onlar) orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər. (İnsan surəsi, 12-13)

    hənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir. (Naziat surəsi, 36)

    Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.  (Mutəffifin surəsi, 34)

    Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər. (Kəhf surəsi, 53)

    Göründüyü kimi, bizim üçün ölümümüzdən sonra yaşanacaq hadisələr Quranda yaşanmış və bitmiş hadisələr olaraq izah edilir. Çünki Allah bizim bağlı olduğumuz nisbi zaman ölçüsündən münəzzəhdir. Allah bütün hadisələri zamansızlıqda diləmiş, insanlar bunları etmiş və bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. Böyük-kiçik hər cür hadisənin Allahın məlumatı daxilində reallaşdığı və bir kitabda qeyd edildiyi həqiqəti isə aşağıdakı ayədə xəbər verilir:

    Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunus surəsi, 61)

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.