Maddənin əsli

  • Kitabın əsas hissəsini təşkil edən "maddənin əsl xüsusiyyəti" anlayışı əsli bilindiyi təqdirdə insanın həyata dünyagörüşünü və həyatını dəyişdirə biləcək bir həqiqətdir. Həyatınızın mənasını, gələcəkdən gözlədiklərinizi, ideallarınızı, tələblərinizi, planlarınızı, dəyər verdiyiniz anlayışları, sahib olduğunuz maddi şeyləri əhatə edən bir mövzudur.

    Bu hissədə bəhs ediləcək "maddənin əsli" mövzusu, əlbəttə, bu gün ilk dəfə təhlil olunan  mövzu deyil. Tarixən bir çox filosof və elm adamı arasında mübahisə və müzakirə edilən bir anlayış olmuşdur. İnsanlar bu mövzuda əvvəldən iki qrupa ayrılmışdılar: materialistlərin daxil olduğu birinci qrup maddənin mütləq varlıq olduğunu sanaraq fəlsəfələrini və həyatlarını bunun üzərinə qurmuş və özlərini aldadaraq yaşamışlar. İkinci qrup isə səmimi davranmış, düşünməkdən qorxmayaraq daha da irəli getmiş və əlaqədə olduqları "şey"lərin əslini və ardındakı dərin mənasını qavrayaraq həyatlarını davam etdirmişlər. Ancaq yaşadığımız əsrdə inkişaf edən elm və texnologiya artıq bu mövzuya son nöqtəni qoymuş və onsuz da məlum olan bir həqiqəti, yəni maddənin əsli ilə əlaqədə olmağımızın mümkün olmadığını mübahisəsiz bir şəkildə isbat etmişdir.

    Mövzunun əhəmiyyəti insanın bütün həyatına təsir etməsindədir. Çünki hər insanın məhdud bir həyat müddəti vardır və bu müddət ərzində Allah onu sınayır. Bu müddətdən sonra isə adam dünyada seçdiyi yolun, göstərdiyi əxlaqın və rəftarın əvəzini alacaq, qazandıqları ilə sonsuz həyatı müəyyən olunacaq. Bu isə aşağıdakı mənanı verir: Dünyada hansı həyatı seçmişsə, sonsuz həyatında da onun əvəzini görəcək, səhvlərini bir daha düzəltmək imkanı tapa bilməyəcək.

    Bu şüurla düşünüldüyündə, insanların dünyadakı həyat müddətlərinin nə dərəcə qiymətli olduğu aydın olur. Kitab boyunca işləyəcəyimiz mövzunun əhəmiyyəti də bundan qaynaqlanır. Madam ki, hər insanın qısa bir imtahan müddəti vardır və göstərdiyi əxlaqın əvəzini sonsuz həyatında alacaq, o halda heç şübhəsiz bu müddəti ən ağıllı şəkildə dəyərləndirməlidir. Əgər bunu etməzsə, sonrakı peşmanlıq əsla fayda verməyəcək.

    Bu saytın məqsədi insana ayədə bildirildiyi kimi "tək-tənha" (Ənam surəsi, 94) Allahın hüzuruna gedəcəyi "o gün" geri dönülməz bir peşmanlığa qapılmadan əvvəl köməkçi olmaqdır.

    Bu məqsədlə, kitabda əvvəlcə maddənin əsl mahiyyəti mövzusu elmi cəhətdən təhlil edilmişdir. Əvvəldə də qeyd etdiyimiz kimi, burada izah edilənlər qətiyyən bir şərh və ya fəlsəfi düşüncə deyil, elmin bir çox sahəsində sübut edilmiş həqiqətdir. Üstəlik bu mövzu sanıldığı kimi kompleks, aydın olmayan və çətin bir mövzu da deyil. Düşünməkdən çəkinməyən və həqiqətlər qarşısında səmimi yanaşma göstərən hər adam bu reallıq sayəsində həyatı ilə əlaqədar çox əhəmiyyətli bir məqama asanlıqla çata biləcək.

    Bu an oxumağa başlayacağınız həqiqət bəlkə bu günə qədər düşünüb həll edə bilmədiyiniz, ya da tam mənada qavraya bilmədiyiniz bir çox mövzunun da açarı olacaq. Beləliklə, həyati mövzuları dərin qavraya biləcək, həyatın mənasını bilərək yaşaya biləcəksiniz.

Maddənin əsli

Maddənin əsli

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.