Necə görürük, necə eşidirik, necə dadırıq?

  • Görmə əməliyyatı çoxmərhələli bir şəkildə reallaşır. Görmə əsnasında hər hansı bir cisimdən gələn işıq dəstələri (fotonlar) gözün önündəki lensin içindən qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs şəkildə düşürlər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən fotonlar sinirlər vasitəsilə beyinin arxa qismindəki görmə mərkəzi adlanan kiçik bir bölgəyə çatırlar. Bu elektrik siqnalı bir neçə əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü olaraq yaranır. Yəni görmə hadisəsi əslində beyinin arxasındakı kiçik, işığın heç zaman girə bilmədiyi, qapqaranlıq bir bölgədə reallaşır.

    İndi, ümumiyyətlə hamının bildiyi bu məlumat üzərində bir daha diqqətli şəkildə düşünək: Biz "görürəm" deyərkən, əslində gözümüzə gələn fotonların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsir"i görürük. Yəni "görürəm" deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edirik.

    Həyatımız boyunca gördüyümüz hər görüntü bir neçə sm-lik görmə mərkəzində meydana gəlir. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Bu zaman bir nüansı gözdən qaçırılmamaq lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, kəllə skeleti işığı içəri keçirmir, yəni beyinin içi qapqaranlıqdır. Bu səbəbdən beyinin kənarda olan işıqla əlaqədə olması əsla mümkün deyil.

    Buradakı maraqlı vəziyyəti bir nümunə ilə açıqlayaq. Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısına keçib onu uzun müddət izləyə bilərik. Amma bu müddət ərzində beynimiz şamın işığının əsli ilə heç zaman əlaqədə olmaz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində işıqlı, aydın və rəngarəng bir dünyanı seyr edirik.

    R. L. Gregory görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə edir:
    Görmə hadisəsinə o qədər alışmışıq ki, cavablanması lazım olan sualların olduğunun fərqinə varmaq böyük bir təxəyyül tələb edir. Lakin bunu nəzərə alın. Gözlərimizə kiçik kəlləmayallaq olmuş görüntülər verilir və biz ətrafımızda bunları möhkəm obyektlər olaraq görürük. Retinaların üzərindəki siqnalların nəticəsində obyektlər dünyasını qəbul edirik və bu bir möcüzədən fərqlənmir əslində.

    Eyni vəziyyət digər hisslərə də aiddir. Səs, toxunma, dad və qoxu bir elektrik siqnalı olaraq beyinə çatır və buradakı əlaqədar mərkəzlərdə qəbul edilirlər.

    Eşitmə də buna bənzər şəkildə reallaşır: Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsilə yığıb orta qulağa çatdırır; orta qulaq aldığı səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürür, daxili qulaq da bu titrəşmələri elektrik siqnallarına çevirərək beyinə göndərir. Eynilə görmə prosesində olduğu kimi eşitmə əməliyyatı da beyindəki eşitmə mərkəzində reallaşır. Kəllə sümüyişığı keçirmədiyi kimi səsi də keçirmir. Bu səbəbdən bir insanın eşitdiyi səslər nə qədər güclü və gurultulu olsa da, beyinin içi tamamilə səssizdir.

    Buna baxmayaraq, ən dəqiq səslər beyində qəbul edilir. Elə bir dəqiqlikdir ki bu: sağlam bir insan qulağı heç bir xışıltı olmadan hər şeyi eşidir. Səs keçirməyən beyninizdə bir orkestrin simfoniyalarını dinləyirsiniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidirsiniz, bir yarpağın xışırtısından tutmuş reaktiv təyyarələrinin səs-küyünə qədər geniş bir tezlik aralığındakı bütün səsləri qəbul edə bilirsiniz. Amma o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada dərin səssizliyin hakim olduğu məlum olacaq.

    Qoxu qəbulumuzun meydana gəlməsi də buna bənzərdir: vanil qoxusu, gül qoxusu kimi uçan molekullar burundakı kiprikli epitelidə yerləşən titrək qəbuledicilərə gəlirlər və bu qəbuledicilərlə qarşılıqlı əlaqəyə girirlər. Bu qarşılıqlı təsir beynimizə elektrik siqnalı olaraq çatdırılır və qoxu hesab edilir. Nəticədə, bizim gözəl, ya da pis adlandırdığımız qoxuların hamısı uçan molekulların qarşılıqlı təsirlərinin elektrik siqnalına çevrildikdən sonra beyindəki qəbuletmə formasından başqa bir şey deyil. Bir ətiri, bir çiçəyi, sevdiyiniz bir yeməyi, dəniz qoxusunu, xoşunuza gələn və ya gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beyinə heç zaman çata bilməzlər. Səs və görüntüdə olduğu kimi, beyninizə çatan yalnız elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən kənardakı obyektlərə aid olduğunu hesab etdiyiniz qoxular duyğu orqanlarınız vasitəsilə hiss etdiyiniz elektrik siqnallarıdır. Bir qoxunun əsli ilə heç bir zaman əlaqədə olmazsınız.

    Buna bənzər şəkildə insan dilinin ön tərəfində də dörd müxtəlif kimyəvi alıcı vardır. Bunlar duzlu, şirin, turş və acı dadlarına uyğun gəlir. Dad alıcılarımız bir sıra kimyəvi əməliyyatdan sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə çatdırırlar. Bu siqnallar da beyin tərəfindən dad hesab edilir. Bir şokoladı, ya da sevdiyiniz bir meyvəni yediyinizdə aldığınız dad elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Həmin obyektin əslinə  isə əsla çata bilməzsiniz; şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dadalma sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz; dadalma duyğunuzu tamamilə itirərsiniz.

    Bu zaman qarşımıza daha bir həqiqət çıxır: bir yeməyi daddığımızda bir başqasının o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyimizdə başqa birinin eşitdiyi səsin bizim qəbul etdiklərimizlə eyni olduğundan əmin olmağımız mümkün deyil. Bu həqiqətlə əlaqədar Lincoln Barnett belə deyir:

    Bir insanın qırmızını görməsi ya da Do notunu eşitməsinin başqa bir insanınkı ilə eyni olub-olmadığını bilməsi mümkün deyil.

    Hiss etmə duyğumuza gəlincə də, dəyişən bir şey olmadığını görərik. Bir cismə toxunduğumuzda xarici dünyanı və obyektləri tanımağımıza köməkçi olan məlumatlar dəridəki duyğu sinirləri vasitəsilə beyinə çatdırılır. Toxunma hissi beynimizdə meydana gəlir. Zənn edildiyi kimi toxunma hissini qəbul etdiyimiz yer barmağımızın ucları, ya da dərimizlə deyil, beynimizdəki hiss etmə mərkəzidir. Biz obyektlərdən gələn elektrik siqnallarının beynimizdə qiymətləndirilməsi nəticəsində bərk və ya yumşaq, isti və ya soyuq kimi obyektləri təyin edən müxtəlif hissləri duyarıq. Hətta bir cismi tanımaya yarayan hər cür məlumatı bu siqnallar nəticəsində əldə edirik. Bu əhəmiyyətli həqiqətlə əlaqədar olaraq B. Russel və L. Wittgeinstein kimi məşhur filosofların düşüncələri belədir:

    … bir limonun həqiqətən var olub olmadığı və hansı müddət ərzində var olduğunu hesaba çəkmək və araşdırmaq mümkün deyil. Limon yalnız dillə aydın olan dad, burunla alınan qoxu, gözlə görülən rəng və formadan ibarətdir və yalnız bu xüsusiyyətlər elmi araşdırmanın və mühakimənin mövzusu ola bilər. Elmin obyektiv dünyanı bilməsi əsla mümkün deyil.

    Yəni maddi dünyanın əslinə çatmağımız qeyri-mümkündür. Əlaqədə olduğumuz bütün obyektlər əslində görmə, eşitmə, hiss etmə kimi hisslərin cəmindən ibarətdir. Qəbul mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz həyatımız boyunca maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki kopiyaları ilə əlaqədə olur. Biz isə bu kopiyalayarın əslinin necə olduğunu heç bir zaman bilmərik.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.