Elektrik siqnallarından ibarət olan kainat

  • Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlar bizə beş duyğu orqanımız vasitəsilə verilir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyarıq. Doğulduğumuz andan etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.

    Halbuki, bu gün bir çox elm sahəsində aparılan tədqiqatlar son dərəcə fərqli bir anlayışı özü ilə gətirmiş və bu, hisslərimiz və qəbul etdiyimiz dünya ilə əlaqədar ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.

    Bu yeni anlayışın çıxış nöqtəsi isə budur: bizim "xarici dünya" hesab etdiklərimiz yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın bərk olması,  ananız, atanız, ailəniz, sahib olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri haqqında sahib olduğunuz məlumat elektrik siqnallarından ibarətdir. Yəni, biz heç vaxt almanın əsl rəngini, taxtanın əsl quruluşunu, anamızın, atamızın, sevdiklərimizin əsl hallarını bilmirik. Bunların hamısı kənarda Allahın yaratması olaraq vardır, amma biz həyatımız boyunca yalnız beynimizdəki kopiyaları ilə əlaqədə oluruq.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.