Materialistlərin məntiqi pozuqluqları
-
Bu hissənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq bir varlıq olmadığını, maddənin əsli ilə heç bir zaman əlaqədə olmadığımızı elmi dəlillərlə gördük. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu açıq həqiqətə qarşı son dərəcə mənasız müqavimət göstərirlər və əsassız dəlillər gətirirlər.
ӨMəsələn, materialist fəlsəfənin XX əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı Marksist Corc Politzer bu mövzu ilə əlaqədar əhəmiyyətli bir dəlil olaraq "avtobus nümunəsi"ni vermişdir. Politzerə görə maddənin beynimizdəki kopiyası ilə əlaqədə olduğumuzu müdafiə edənlər şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçırlar.
Bir başqa məşhur materialist Johnson isə özünə maddənin əsli ilə heç əlaqədə olmadığımız izah edildiyində daşları təpikləyərək bu həqiqəti inkar etməyə çalışmışdır.
Marks, Engels, Lenin kimi məşhur materialistlərin kitablarında həmişə bu cür nümunələr və "maddənin əsl mahiyyətini yumruq yeyincə anlayarsınız" kimi qəzəb dolu cümlələr yer alır.
Materialistlərin yanıldıqları və anlaya bilmədikləri nöqtə "hiss" anlayışının yalnız görmə duyğusu ilə əlaqədar olduğunu sanmalarıdır. Halbuki yalnız görmə deyil, toxunma, zərbə, sərtlik, ağrı, istilik, soyuqluq kimi bütün hisslər eynilə görmə kimi insanın beynində yaranan hisslərdir. Məsələn, avtobusa minmək üçün avtobusun qapısının soyuq metalını əlində hiss edən bir insan əslində bu "soyuq metal hissini" beynində hiss edir. Bu çox açıq və məlum olan bir həqiqətdir. Toxunma duyğusu daha əvvəl də ifadə edildiyi kimi, bir insanın məsələn, barmaqlarından gələn sinir siqnallarının beyinin müəyyən bir nöqtəsində meydana gətirdiyi bir hissdir. Hiss edən barmaqlarımız deyil. İnsanlar bunu elmi olaraq açıqlandığı üçün qəbul edirlər. Ancaq mövzu avtobusun qapısını tutmaq deyil, avtobusun insanı vurmasına gəldikdə, yəni bu toxunma hissi daha şiddətli və ağrı verici olduğuna görə, buna inanmırlar. Halbuki, ağrı və ya zərbə də beyində hiss edilir. Avtobusun vurduğu bir insan zərbənin şiddətini və bütün ağrını beynində hiss edər.
Bunu daha yaxşı anlamaq üçün yuxuları düşünmək faydalı olacaq. İnsan yuxusunda onu avtobusun vurduğunu, qəzadan sonra gözünü xəstəxanada açdığını, əməliyyat keçirtdiyini, həkimlərin söhbətlərini, ailəsinin təlaşla xəstəxanaya gəlməsini, şikəst qaldığını və ya bədəninin çox ağrıdığını görə bilər. Yuxusunda yaşadığı bütün bu hadisələrin görüntülərini, səslərini, hissini, ağrını, işığı, xəstəxanadakı rəngləri çox aydın və real hesab edir. Bunların hamısı həyatdakı kimi təbii və inandırıcıdır. O an, yuxundakı bir adam ona yuxu gördüyünü, gördüklərinin bir xəyal olduğunu söyləsə ona inanmaz. Halbuki, gördüklərinin hamısı bir xəyaldır və nə avtobusun, nə xəstəxananın, nə də yuxusunda gördüyü bədəninin xarici dünyada maddi qarşılığı vardır. Yuxusunda gördüyü bədənin və avtobusun maddi qarşılığı olmamasına baxmayaraq, "həqiqi bir bədəni" "həqiqi bir avtobus" vurmuş kimi hiss edə bilir.
Elə isə materialistlərin "maddənin əsl mahiyyətini yumruq yeyincə anlayarsan", "dizinə bir təpik vurunca maddənin əslini görüb-görmədiyindən şübhən qalmaz", "it görüncə qaçarsan amma", "avtobus vursa beynindədir, ya deyil bilərsən", "madam ki, kopiya görüntülərlə əlaqədəsən, o zaman şoseyə çıxıb avtomobillərdən qaçmadan ortada dayan" kimi etirazlarının heç bir mənası yoxdur. Sürətli bir zərbə, can ağrıdan itin dişləri, şiddətli bir yumruq maddənin əsli ilə əlaqədə olduğunuzun dəlili deyil. Çünki bəhs edildiyi kimi, bunları eynilə yuxunuzda da, maddi qarşılıqları olmadığı halda yaşaya bilərsiniz. Ayrıca, bir hissin şiddətli olması o hissin beyində meydana gəldiyi həqiqətini də dəyişdirmir. Bu, elmi olaraq isbatı olan çox açıq bir həqiqətdir. Bəzi insanların şosedən sürətlə keçən bir avtobusu və ya bu avtobusun səbəb olduğu bir qəzanı, maddənin fiziki varlığı ilə əlaqədə olduqlarının bir dəlili sanmalarının səbəbi görüntünün insanı aldadacaq qədər həqiqi görünməsi və hiss edilməsidir. Məkan görüntülərindəki məsələn, şosedəki dərinlik və perspektivin qüsursuzluğu, məkanda görünən cisimlərin rəngi, şəkli, kölgəsi olaraq mükəmməlliyi, səs, qoxu və sərtlik hisslərinin çox dəqiq olması və görüntünün içində bir məntiqin olması bəzilərini yanıldır. Bəzi insanlar bu hadisələr nəticəsində bunların hiss olduğunu unuda bilmirlər. Amma zehində meydana gələn hisslər nə qədər əksiksiz və mükəmməl olursa-olsun, bunların bir qəbul olduğu həqiqəti dəyişməyəcək. İnsan şosedə gedərkən bir qəza yaşasa da, zəlzələdə yıxılan bir evin altında qalsa da, yanğında alovlar tərəfindən sarılsa da, nərdivandan yıxılsa da bütün bu hadisələri zehnində yaşayar və əsilləri ilə əlaqədə olmaz.
Bir insan şosedəki bir avtobusun önünə atılanda zehnindəki avtobus zehnindəki bədənini vurar. O insanın bu qəza nəticəsində həyatını itirməsi, bədəninin parçalanması da bu həqiqəti dəyişdirməz. Əgər insanın zehnində gördüyü bu hadisə ölüm ilə nəticələnsə, Allah o insana göstərdiyi görüntünü bir pərdənin qaldırılması kimi qaldırar və o adama başqa bir görüntü, axirətə aid görüntüləri göstərər. Bu həqiqəti indi səmimiyyətlə düşünüb anlamayanlar ölümləri ilə birlikdə dərhal anlayacaqlar.




