Zamansızlıq həqiqəti

  • Bura qədər izah etdiklərimizdən əslində "üç ölçülü bir məkan"ın əsli ilə əlaqədə olmadığımız, bütün həyatımızı zehnimizdəki bir məkanın içində sürdüyümüz məlum olur. Bunun əksini iddia etmək, ağıl və elmdən uzaq bir batil inanc olacaq. Çünki xaricimizdəki dünyanın əsli ilə əlaqədə olmağımız mümkün deyil.

    Bu vəziyyət təkamül nəzəriyyəsini meydana gətirən materialist fəlsəfənin birinci fərziyyəsini iflasa uğradır. Bu fərziyyə maddənin mütləq və sonsuz olduğu fərziyyəsidir. Materialist fəlsəfənin ikinci fərziyyəsi isə zamanın mütləq və sonsuz olması fərziyyəsidir ki, bu da digəri qədər batil bir inancdır.

    Zaman hissi
    Zaman dediyimiz hiss əslində bir anı bir başqa anla müqayisə etmə üsuludur. Bunu bir misalla açıqlaya bilərik: Bir cismə vurduğumuzda ondan səs çıxar. Eyni cismə bir daha vurduğumuzda yenidən səs çıxar. Adam birinci səs ilə ikinci səs arasında bir müddət olduğunu düşünər və bu müddətə "zaman" deyər. Halbuki ikinci səsi eşitdiyi anda, birinci səs yalnız zehinindəki bir xəyaldan ibarətdir. Yalnız yaddaşında var olan bir məlumatdır. Adam yaddaşında olanı yaşadığı anla müqayisə edərək zaman qəbulunu əldə edər. Əgər bu müqayisə olmasa zaman hissi də olmayacaq.

    Başqa bir misal: adam otağa qapıdan girib, sonra da otağının ortasındakı bir kresloya oturan bir insanı gördüyündə müqayisə edər. Gördüyü insan kresloya oturduğu anda onun qapını açması, otağının ortasına doğru getməsi ilə əlaqədar görüntülər yalnız beyində yaranan bir məlumatdır. Zaman hissi kresloya oturan insanla bu məlumatlar arasında müqayisə edilərək ortaya çıxar.

    Qısacası, zaman beyində saxlanan bəzi məlumatlar arasında müqayisə edilməklə var olur. Əgər bir insanın yaddaşı olmasa, beyni bu cür şərhlər etməz və dolayısı ilə zaman qəbulu da meydana gəlməz. Bir insanın "mənim otuz yaşım var” deməsinin səbəbi beynində bəhs etdiyi otuz ilə aid bəzi məlumatların yığılmasıdır. Əgər yaddaşı olmasa, bir zaman hissi olduğunu düşünməyəcək, yalnız yaşadığı bir "an" ilə əlaqədə olacaq ki, bu da çox əhəmiyyətlidir.

    Zamansızlığın Elmi İzahı
    Bu mövzuda fikir yürüdən filosof və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı izah edək. Nobel mükafatı almış məşhur genetika professoru və alim François Jacob “Mümkünlərin Oyunu” adlı kitabında zamanın geriyə axması ilə əlaqədar bunları izah edir:

    Sondan başlayaraq göstərilən filmlər zamanın tərsinə doğru axacağı bir dünyanın nəyə bənzəyəcəyini düşünməyimizə imkan verir. Südün fincandakı qəhvədən ayrılacağı və süd qabına çatmaq üçün havaya atılacağı bir dünya: işıq dəstələrinin bir qaynaqdan fışqıracaq yerdə bir tələnin (çəkim mərkəzinin) içində toplanmaq üçün divarlardan çıxacağı bir dünya; saysız damlaların heyrət verici əməkdaşlıqla suyun xaricinə doğru atılan bir daşın bir insanın ovucuna qonmaq üçün tullanacağı bir dünya. Amma zamanın tərsinə çevrildiyi belə bir dünyada, beynimizin müddətləri və yaddaşımızın meydana gəlməsi də eynilə tərsinə çevrilmiş olacaq. Keçmiş və gələcək üçün də eyni şey olacaq və dünya büsbütün bizə göründüyü kimi görünəcək.

    Beynimiz müəyyən bir sıralama üsuluna alışdığı üçün bu anda dünya yuxarıda izah edildiyi kimi olmur və zamanın həmişə irəli axdığını düşünürük. Halbuki bu, beynimizin içində verilən bir qərardır və dolayısı ilə tamamilə nisbidir. Əgər yaddaşımızdakı məlumatlar filmlərdəki kimi geriyə doğru düzülsə, zamanın axışı da bizim üçün filmlərdə oynadıldığı kimi geriyə doğru olacaq. Belə bir vəziyyətdə, keçmişi gələcək, gələcəyi də keçmiş hesab etməyə başlayacaq, həyatı indiki nizamının tam tərs bir nizamda yaşayacaqdıq.

    Əslində isə zamanın necə axdığını, ya da axıb-axmadığını əsla bilmərik. Bu da zamanın mütləq bir həqiqət olmadığını, yalnız bir hiss forması olduğunu göstərir.

    Zamanın bir hiss olduğu XX əsrin ən böyük fiziki sayılan Eynşteynin ortaya qoyduğu Ümumi Nisbilik Nəzəriyyəsi ilə də təsdiqlənmişdir. Lincoln Barnett “Kainat və Eynşteyn” adlı kitabında bu mövzuda bunları yazır:

    Eynşteyn kosmosla birlikdə sonsuz keçmişdən sonsuz gələcəyə doğru axan dəyişməz bir universal zaman anlayışını da kənara qoydu. Nisbilik Nəzəriyyəsini əhatə edən anlaşılmazlığın böyük hissəsi insanların zaman duyğusunun da rəng duyğusu kimi bir hiss forması olduğunu qəbul etmək arzusundan doğulur... kosmos maddi varlıqların ehtimali bir sırasıdırsa zaman da hadisələrin ehtimali bir sırasıdır. Zamanın izahını ən yaxşı Eynşteynin sözləri açıqlayır: "Fərdin həyatları bizə bir hadisələr silsiləsi içində təşkil edilmiş kimi görünür. Bu silsilədən xatırladığımız hadisələr 'daha əvvəl' və 'daha sonra' ölçüsünə görə sıralanmış kimidir. Bu səbəblə fərd üçün bir mən-zamanı vardır. Bu zaman öz içində ölçülə bilməz. Hadisələrlə rəqəmlər arasında elə bir əlaqə qura bilərəm ki, böyük bir ədəd əvvəlki bir hadisə ilə deyil, sonrakı bir hadisə ilə əlaqədar olar.

    Eynşteynin bu sözlərindən zamanın irəliyə doğru axması fikrinin şərti olduğu aydın olur.
    Eynşteyn Barnettin ifadələri ilə "kosmos və zamanın da hiss formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi bunların da şüurdan ayrıla bilməyəcəyini göstərmiş"dir. Ümumi Nisbilik Nəzəriyyəsinə görə "zamanın da onu ölçdüyümüz hadisələr silsiləsindən ayrı, müstəqil bir varlığı yoxdur."

    Zaman bir hissdən ibarət olduğuna görə tamamilə qəbul edənə bağlıdır, yəni nisbi bir anlayışdır.

    Zamanın axma sürəti onu ölçərkən istifadə etdiyimiz istinadlara görə dəyişir. Çünki insanın bədənində zamanın axma sürətini mütləq bir düzgünlüklə göstərəcək təbii saat yoxdur. Lincoln Barnettin ifadə etdiyi kimi "rəngi ayırd edəcək bir göz yoxdursa, rəng deyə bir şey olmayacağı kimi, zamanı göstərəcək bir hadisə olmadıqca, bir an, bir saat, ya da bir gün heç bir şey deyil. "

    Zamanın nisbiliyi yuxuda çox açıq bir şəkildə yaşanır. Yuxuda gördüklərimizin saatlarla davam etdiyini hiss etsək də, əslində hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə sürür.

    Mövzunu bir az daha açıqlamaq üçün bir nümunə üzərində düşünək. Xüsusi olaraq dizayn edilmiş bir pəncərəli otaqda müəyyən bir müddət keçirdiyimizi düşünək. Otaqda bir də keçən zamanı görə bilməyimiz üçün saat olsun. Eyni zamanda, otağının pəncərəsindən günəşin müəyyən vaxtda doğub-batdığını görək. Bir neçə gün keçdikdən sonra o otaqda nə qədər qaldığımız soruşulduğunda verəcəyimiz cavab saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğub-batdığına bağlı olaraq etdiyimiz hesabdır. Məsələn, otaqda üç gün qaldığımızı hesablayarıq. Amma əgər bizi bu otağa qoyan adam gəlib "əslində sən bu otaqda iki gün qaldın" desə və pəncərədə gördüyümüz günəşin süni olaraq yaradıldığını, otaqdakı saatın da xüsusi sürətlə işlədildiyini söyləsə, bu vəziyyətdə etdiyimiz hesabın heç bir mənası olmaz.

    Bu nümunə də göstərir ki, zamanın axma sürəti ilə əlaqədar məlumatımız yalnız qəbul edənə görə dəyişən istinadlara əsaslanır.

    Eyni şəkildə zamanın axma sürətinin müxtəlif şəraitlərdə hər kəs tərəfindən fərqli hiss edilməsi də zamanın psixoloji bir qəbuldan ibarət olduğunu sübut edir. Məsələn, bir yoldaşınızla görüşəcəyiniz zaman onun 10 dəqiqəlik gecikməsi sizə bitmək bilməyən, çox uzun bir zaman kimi gələ bilər. Ya da səhər məktəbə və ya işə getmək üçün oyanan yuxusuz insana yatacağı 10 dəqiqə olduqca uzun gələ bilər, hətta bu sayədə yuxusunun böyük bir qismini aldığını düşünə bilər. Bəzi şərtlərdə isə bunun tam tərsi yaşanar. Şagirdlik illərindən xatırlayacağınız kimi, sanki bir əsr sürən 45 dəqiqəlik bir dərsdən sonra 10 dəqiqəlik bir tənəffüs çox tez keçə bilər.

    Zamanın nisbiliyi elmi üsulla da ortaya qoyulmuş bir həqiqətdir. Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsi göstərir ki, zamanın sürəti bir cismin sürətinə və çəkim mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, sıxışır; daha yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşır.

    Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə eyni yaşda olan əkizlərdən biri Dünyada qalarkən, digəri işıq sürətinə yaxın bir sürətdə kosmosa səfərə çıxır. Kosmosa uçan adam geri döndüyündə əkiz qardaşını özündən çox daha yaşlı görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır. Eyni nümunə bir raketlə kosmosda səfər edən bir ata və dünyada qalan oğlu üçün də düşünülə bilər: "əgər atanın 27 yaşı, oğlunun 3 yaşı olsa, 30 ildən sonra ata dünyaya döndüyündə oğul 33 yaşında, ata isə 30 yaşında olacaq. "

    Zamanın nisbi olması saatların yavaşlaması və ya sürətlənməsindən deyil, bütün maddi sistemin atomaltı hissələrə qədər fərqli sürətlərdə işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə bir mühitdə insan bədənindəki ürək döyünmələri, hüceyrə bölünməsi, beyin fəaliyyətləri kimi əməliyyatlar daha yavaş işləyir. Beləliklə, adam zamanın yavaşlamasını hiss etmədən gündəlik həyatını davam etdirir.

    Nisbilik Nəzəriyyəsi ilə ortaya qoyulan bu həqiqətlər daha sonra bir çox elm adamı tərəfindən dəfələrlə təsdiqlənmişdir. Bu nəzəriyyə ilə əlaqədar İsaak Asimovun təsbiti belədir:

    Eynşteynin nisbilik nəzəriyyələrinin nəşr olunmasından 84 il keçmişdir. Bu müddət ərzində nəzəriyyələr dəfələrlə testdən keçmişdir və hər dəfə Eynşteyn haqlı çıxmışdır.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.