Maddənin ardındakı sirr mövzusu “vəhdəti-vücud” deyil

  • Maddənin ardındakı sirr mövzusu bəzi insanların etirazına səbəb olmuşdur. Bu insanlar bunu səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər.

    Əvvəlcə qeyd edək ki, bu əsərlərin yazıçısı əhli-sünnə inancına möhkəm bağlıdır və vəhdəti-vücud təlimini müdafiə edir. Ayrıca unutmamaq lazımdır ki, vəhdəti-vücud təlimi Muhyiddin ibn Ərəbi kimi çox böyük İslam alimi tərəfindən müdafiə olunmuşdur.

    Vəhdəti-vücud düşüncəsini izah edən bir çox İslam aliminin keçmişdə bu kitablarda olan bəzi mövzuları izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə izah edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyil.

    Məsələn, vəhdəti-vücud düşüncəsini müdafiə edənlərin bir qismi Qurana və əhli-sünnə inancına zidd olan bəzi iddialar etmişlər. Məsələn, Allahın yaratdığı varlıqları tamamilə yox saymışlar. Halbuki, maddənin ardındakı sirr mövzusu izah edilərkən qətiyyən bu cür iddialara yer verilmir. Bu mövzu Allahın bütün varlıqları yaratdığını, ancaq yaratdığı varlıqların əslini Allahın gördüyünü, insanların isə bu varlıqların beyinlərində yaranan görüntülərini görə bildiklərini açıqlayır.

    Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısacası hər şey Allahın Quranda yoxdan var etdiyini ifadə etdiyi hər varlıq yaradılmışdır və mövcuddur. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları vasiləsilə görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri bu varlıqların beyinlərindəki kopiyalarıdır. Bu elmi bir həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla bütün məktəblərdə öyrədilən elmi bir mövzudur. Məsələn, bu anda bu yazını oxuyan bir insan bu yazının əslini görə bilməz, bu yazının əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beyinin arxasındakı görmə mərkəzinə gedərək, bu mərkəzi xəbərdar edir və insanın beyninin arxasında bu yazının görüntüsü meydana gəlir. Yəni siz bu anda gözünüzlə, gözünüzün önündəki bir yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində meydana gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı "kopiya yazı"dır. Bu yazının əslini isə Allah görür.

    Nəticə olaraq, maddənin beynimizdə yaranan bir xəyal olması, onun olmaması mənasına gəlməz. Ancaq bizə hiss etdiyimiz maddənin mahiyyəti haqqında məlumat verər ki, bu da maddənin əsli ilə heç bir insanın əlaqədə ola bilməməsi həqiqətidir.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.