Sinirləri paralel bağlama nümunəsi

  • Politzerin yol qəzası nümunəsini təhlil edək: Bu qəzada avtobusun altında əzilən adamın beş duyğu orqanından beyninə gedən sinirlər bir başqa insanın məsələn, Corc Politzerin beyninə paralel bir əlaqə ilə bağlansa, avtobus qəzadakı adamı vurduğu anda evində oturan Politzeri də vuracaq. Daha doğrusu, qəzaya düşən adamın keçirtdiyi hisslərin hamısını, bir musiqi alətinə bağlanan iki kolonkadan eyni mahnının eşidilməsinə bənzər şəkildə, Politzer də keçirəcək. Politzer də evində oturduğu halda avtobusun əyləcinin səsini, avtobusun bədəninə dəyməsini, qolunun qırılmasını və qanının axmasını, ağrılarını, xəstəxanaya aparıldığını, gipsin sərtliyini, qolunun gücsüzlüyünü hiss edəcək və görəcək.

    Qəzadakı adamın sinirləri neçə adama bağlansa bunların hamısı, eynilə Politzer kimi, qəzanı əvvəldən axıra qədər yaşayacaq. Qəzadakı adam komaya girsə, hamısı komaya girəcək. Hətta, bəhs etdiyimiz yol qəzasına aid hisslərin hamısı bir cihaza yazılsa və həmişə əvvələ keçirilib başqa bir adama verilsə, bu adamı da dəfələrlə avtobus vuracaq.

    Yaxşı, elə isə bu insanlardan hansını həqiqi avtobus vurmuşdur? Materialist fəlsəfənin bu suala verə biləcəyi bir cavab yoxdur. Doğru cavab yol qəzasını hamının öz zehinlərində bütün təfərrüatı ilə yaşamasıdır.

    Tort yemək və daşa təpik vurmaq nümunələri üçün də vəziyyət eynidir. Tort yeyincə qarnında tortun şişliyini və toxluğunu hiss edən Engelsin duyğu orqanlarına aid sinirlər paralel olaraq ikinci bir adamın beyninə bağlansa Engels tort yediyi və doyduğu anda o adam da tort yeyəcək və doyacaq. Daşa təpik vurunca ayağı ağrıyan materialist Johnsonun sinirləri paralel olaraq bir başqa adama bağlansa, bu adam da daşa vuracaq və canı ağrıyacaq.

    Yaxşı, hansı tort və hansı daş həqiqətdir? Materialist fəlsəfə buna da bir cavab verə bilməz. Doğru cavab budur: Həm Engels, həm digər adam tortu öz zehinlərində yeyib doymuşlar. Həm Johnson, həm də ikinci adam daşa təpik vurduğu anı öz zehinlərində bütün təfərrüatı ilə yaşamışlar.

    Yuxarıda Politzerlə əlaqədar olaraq verdiyimiz nümunədə belə bir dəyişiklik edək: evində oturan Politzerin sinirlərini avtobusun vurduğu adamın beyninə, avtobusun vurduğu adamın sinirlərini də Politzerin beyninə bağlayaq. Bu vəziyyətdə isə Politzer əslində evində oturduğu halda avtobusun onu vurduğunu zənn edəcək, avtobusun vurduğu adam isə qəzanın bütün şiddətinə baxmayaraq, bunu əsla hiss etməyəcək, çünki özünün evdə oturduğunu düşünəcək. Bu məntiq tort yemək və daşa təpik vurmaq nümunələrinə də aid edilə bilər.

    Göründüyü kimi, insanın hisslərini aşması və kənara çıxması mümkün deyil. Deməli, bir insanın ruhuna bədəni və heç bir maddi varlığı olmadığı halda və ortada maddi bir mühit də olmamasına baxmayaraq, hər şey seyr etdirilə bilər. Belə ki, adamın bunu anlaması mümkün deyil, hətta izlətdirilən üç ölçülü mükəmməl görüntüləri həqiqi zənn edib, varlığından da son dərəcə əmin olacaq. Çünki hər insan duyğu orqanlarına hiss etdirilən hisslərdən asılıdır.

    İngilis filosofu David Hume bu həqiqət üzərindəki düşüncələrini belə ifadə etmişdir:

    Çox səmimi olaraq, özüm dediyim şeyə daxil olduğum zaman mən isti və ya soyuğa, işığa və ya kölgəyə, eşqə və ya nifrətə, acıya və ya ləzzətə dair xüsusi bir hissə və ya başqa bir şeyə daim rast gəlirəm. Mən bir hiss olmadan hər hansı bir zamanda özümü əsla tuta bilmərəm və əsla hissdən başqa bir şeyi müşahidə edə bilmərəm.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.