Öz həyatınız da bir andır

  • Bu həqiqəti anlamaq üçün yalnız tarixin dərinliklərini düşünməyə ehtiyac yoxdur. Hər kəsin çox uzun zənn etdiyi öz həyatı üçün də bu həqiqət etibarlıdır. Sizin yeni doğulduğunuz, ananızın qucağına verildiyiniz o ilk an yox olmamışdır. O kadr, ya da o görüntü, ya da o hadisə sonsuza qədər var olacaq. Çünki Allah Qatında "hifz edilmiş"dir. Lakin daha əvvəl də ifadə edildiyi kimi siz 5 duyğu orqanınızdan asılı olduğunuz üçün və sizin yaddaşınızda bu məlumat saxlanmadığı üçün belə bir səhnəni görmürsünüz. Bu, həyatınız boyunca başınıza gələn hər hadisə üçün etibarlıdır. İbtidai məktəbə başladığınız gün, ya da uşaqkən qeyd etdiyiniz bir ad gününüz, başınıza gələn bir hadisə, liseyi bitirdiyiniz gün, universitet diplomunuzu aldığınız an, evliliyiniz və bunun kimi daha minlərlə hadisə əslində Allah Qatında eyni anda mövcuddur. Bu hadisələrin heç biri itməmiş və sonsuza qədər canlı olaraq mövcud olacaq.

    Eynilə, 5 yaşındaykən dükandan aldığınız bir vaflini yeyərkən hiss etdiyiniz şəkər dadı, 7 yaşında ibtidai məktəbə başlayacağınız gün səhər erkən saatda həyəcanla oyanmağınız, liseydəki coğrafiya dərsində çəkdiyiniz çətinlik, riyaziyyat müəlliminizin yazı taxtasına yazdığı uzun tənliklər, bir yaxınınızı yol qəzasında itirdiyiniz zaman hiss etdikləriniz, işinizdə qazandığınız bir müvəffəqiyyətdən keçirdiyiniz qürur hissi, illərlə xəyal etdiyiniz bir şeyi almağa gedərkən sevinməyiniz, qısacası yaşadığınız və hiss etdiyiniz, başınıza gələn bütün bu hadisələr əslində eynilə dayanmaqda, yalnız sizin beyninizdə mühafizə edilməməkdədir. Mühafizə edilən də xatirə olaraq, yəni keçmiş kimi hiss etdirilməkdədir. Bu an var olan o səhnələri beyniniz qəbul etmir. Çünki dünyadakı imtahan sistemi belədir. İnsanlar keçən zamana tabe olduqlarını düşünər, həyatlarının keçmiş, indi və gələcək olmaq üzrə hissələrə ayrıldığını sanarlar. Buna görə də axirətin varlığı, cənnət, cəhənnəm, hesab günü kimi mövzuların nə vaxt, nə şəkildə və necə olacağını asanlıqla qavraya bilməzlər. Allah Qatındakı zaman anlayışı ilə insanların tabe olduğu zaman arasında bir əlaqə qura bilməzlər. Lakin yaradılmış hər canlının, hər hadisənin və hər şeyin bir film lentini meydana gətirən kadrlar kimi kadr-kadr sonsuz olaraq yaradıldığını və eyni anda var edildiyini bilmək bu qavrayışı asanlaşdıracaq.

    Allah Qatında hər şey olub-bitmişdir. Xalq arasında məşhur olan batil bir inanca görə Allah kainatı və insanı yaratmış, onlara bir müddət möhlət vermiş və onların sınanmalarını gözləyir. (Allahı tənzih edirik) Kainatın ömrü bitənə qədər də gözləyəcək. Lakin əslində Allahın gözləməsi kimi bir vəziyyətdən əsla bəhs oluna bilməz. Gözləmək insana xas bir acizlikdir. Allah isə insanların yaşadığı bütün acizliklərdən uzaqdır. Allahın Quranda Özünü tanıtdığı Qüddüs sifəti "səhvdən, qəflətdən, acizlikdən və hər cür əksiklikdən çox uzaq" mənasındadır. Bu səbəblə bütün insanların keçmişini, gələcəyini və yaşadıqları bütün hadisələri bilir. Lakin insan sınanma yeri olan bu dünya həyatında zamanı əvvəlli və sonralı zənn edər. Halbuki bu hissədə izah edildiyi kimi əvvəl-sonra, keçmiş-gələcək deyilən bir şey yoxdur. Hər şey, bütün insanlar, bütün canlılar eyni anda yaşamaqda, bütün zamanlar, bütün çağlar, bütün tarixlər və hətta bütün günlər, bütün saatlar, dəqiqələr və saniyələr də eyni andadır. İnsan qavrama qabiliyyəti məhdud olduğundan bunu görə bilmir. Allah Qatındakı zaman ilə insanların asılı olduğu zaman anlayışı arasındakı fərqə "Quranda Nisbilik" hissəsində nümunələr verilmişdi. Bu mövzuya bir ayədə belə diqqət çəkilir:

    ...Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi 47)

    Allahın Quranda yer alan sifətlərindən bir başqası isə Həsib, yəni "Hər kəsin həyatı boyunca etdiklərinin hesabını bütünlüklə bilən" deməkdir. Yaşanan, yaradılan, var olan heç bir hadisənin itmədiyi həqiqəti xatırlanacaq olsa Allahın Həsib sifəti daha yaxşı aydın ola bilər. Çünki hər şeyin məlumatı Allahın Qatındadır. Allah bu həqiqəti ayədə də ifadə etmişdir:

    qiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır. (Loğman surəsi, 34)

    Möminlərin Allahın böyüklüyünü təqdir edə bilmələrinin, Allaha olan təslimiyyətlərinin və güvənlərinin əsas səbəbi budur. Allahın onlara nə qədər yaxın olduğunun və Allaha nə dərəcə möhtac olduqlarının, Onun böyüklüyü yanında nə cür kiçik olduqlarının şüurundadırlar. Onların bu üstün əxlaqları Quranda belə bildirilmişdir:

    De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!”  (Tövbə surəsi, 51)

    De: “Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm... (Yunus surəsi, 49)

    Bu ayələrdə xəbər verilən möminlər Allahın ucalığını və qüdrətini təqdir edə bilən insanlardır. Bundan ötrü də Allaha qəlbən boyun əymişlər.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.