Ölüm insan üçün yox olmaq deyildir

  • Ölüm xalq arasında yanlış qəbul edilir. Ölən bir adama sanki yox oldu gözü ilə baxılır. Ümumiyyətlə, insanların axirətə, sonsuz həyata, cənnət və cəhənnəmə aid məlumatları da qeyri-kafi olduğundan ya ölümdən sonra yenidən diriləcəklərinə heç inanmazlar, ya da buna aid inancları naməlumdur. Bu səbəbdən bir yaxınlarını itirdiklərində onun əbədi olaraq yox olduğunu düşünənlər çoxdur. Halbuki bu tamamilə azğın bir inancdır. Əslində insan doğulduğu (Allah onu varlıq aləminə gətirdiyi) andan etibarən sonsuz həyatına başlamışdır. Həyatındakı digər kadrlar kimi ölüm də bir kadrdır, ancaq əslində o insan diridir. Ölümdən əvvəlki və sonrakı kadrlar və o insana aid hər şey eynilə mühafizə edilir. Məsələn, ölən bir adam haqqında bəzi insanlar cahilcə düşündükləri üçün "çox gənc bir insan idi, heyf oldu" deyərlər. Halbuki, o gənc insana aid hər şey, bütün xüsusiyyətlər, yaşadığı bütün detallar, uşaqlığı, doğumu, ailəsi ilə olan xatirələri canlı bir şəkildə eynilə dayanmaqdadır. Yox olmaz, ya da itməz, yaşananlar olduğu kimi mühafizə edilər. Dünyadakı imtahanın bir gərəyi olaraq insana göstərilməz, yaddaşından və görüntüdən silinər, lakin bu onların olmadığı mənasını verməz.

    Allah Qatında bir insanın doğumu da, həyatı da, ölümü də eyni anda olub-bitmişdir. Hətta bütün insanlar üçün eyni şey etibarlıdır. Bütün insanlar bu an doğulmuş və bu an ölmüşlər. Yenidən dirilmiş və cənnət, ya da cəhənnəmdəki yerlərini almışlardır. Bu səbəblə heç bir insan ölməz, ya da yox olmaz, sonsuza qədər diridir. Sonsuzluğun içində bir zaman yaşanır və buna görə hər kəsin gedəcəyi yer də (cənnət ya da cəhənnəm) müəyyəndir. Bu an insanların bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdədir. Bu həqiqət Quranda cənnət və cəhənnəmlə əlaqədar bir çox ayədə axirət həyatından bəhs edilərkən keçmiş, ya da indiki zaman istifadə edilərək bunların əslində bir an olduğuna diqqət çəkilmişdir:

    qiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. (Yasin surəsi, 55-56)

    bbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!” Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– deyiləcəkdir. (Zumər surəsi, 73-75)

    Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər. (Kəhf surəsi, 53)

    İnsanların həyatında çox əhəmiyyətli bir sirr vardır. İnsanlar ölənlərin arxasınca "öldü" deyib kədərlənərkən əslində özləri də ölmüş və hətta yenidən dirildilmişlər. İnsanın öz doğumu ilə ölümü də eyni anda olmaqdadır. Film lenti nümunələrini yenidən xatırlasaq bu xüsusiyyət daha yaxşı aydın olar. Bütün insanların bir-bir həyatlarına, ölümlərinə, dirilmələrinə və sonsuz həyatlarına dair hər cür detal əksiksiz olaraq Allah Qatında tutulmaqdadır. Başqa sözlə desək, hər şey bu anda olur. Ölmək və dirilmək də müxtəlif zamanlarda meydana gələn hadisələr deyil. Sonsuzluq içində, ya da zamansızlıq içində insanlar doğulmuşlar, ölmüşlər, dirilmişlər və bu an diridirlər. İnsan Allahın yaratdığı andan etibarən sonsuz bir varlıqdır, yəni əbədi olaraq diridir. Arada "öz ölümünü" də bir kadr olaraq görər. Necə hər gün özünü canlı olaraq, diri olaraq görürsə bir dəfə də ölü olaraq görür.

    Bunu belə bir misalla açıqlaya bilərik. Allah Quranda yuxunun da bir cür ölüm olaraq yaradıldığını xəbər vermişdir. Bu vəziyyətdə insan hər axşam onsuz da öldüyünü görür, hər səhər oyanarkən dirilməsini görür. Çünki ayədə belə deyilir:

    Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isəəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. (Zumər surəsi, 42)

    İnsan bu şəkildə dirisini də, ölümünü də, yenidən dirilişini də həmişə görür. Bunun kimi əsl ölümünü də görəcək, amma nəticədə doğumu, ölümü, dirilməsi, axirətdə gedəcəyi məkan müəyyəndir və insan sonsuza qədər Allah Qatında diridir. Bütün bu hadisələr Allah Qatında olub-bitmişdir. Bu səbəblə xalq arasında söylənən mənada ölümlə birlikdə yox olmaqdan söhbət gedə bilməz.

    Bu həqiqətlər qarşısında bəzi insanların istifadə etdiyi "çox gözəl insan idi, çox gənc idi, çox sağlam bir cavan idi" kimi ifadələr mənasını itirir. Çünki çox gözəl deyilən insan da, çox gənc deyilən uşaq da, çox sağlam deyilən cavan da yox olmamışdır, bu an hamısı ən gözəl halları ilə mövcuddurlar. Allahın yaddaşında sonsuza qədər hamısı diridir. Bu da Allahın böyüklüyünün və elminin bir göstəricisidir. Allahın sonsuz elmi və qüdrəti Quranda belə xəbər verilir:

    Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.