Həqiqi mütləq varlıq

  • Bütün bu həqiqətlər bizi çox əhəmiyyətli bir sualla daha qarşı-qarşıya qoyur: Madam ki, maddi dünyanın əslinə dair heç bir şey bilmirik və yalnız beynimizdəki kopiya görüntülərlə əlaqədəyik, o halda bu görüntülərin qaynağı nədir?...

    Yaxşı, bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz hər şeyi həmişə seyr etdirən kimdir?

    Aydındır ki, yaşadığımız bütün maddi kainatı yaradan və həmişə yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı sonsuz bir güc və məlumat sahibidir.

    O Yaradıcı aləmlərin Rəbbi olan Allahdır.
    Göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allahın yaratması ilə varlıq tapdıqları və O yaratmağı dayandırdığında yox olacaqları bir ayədə belə ifadə edilir:

    Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgərrpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O,limdir, Bağışlayandır.  (Fatir surəsi, 41)

    Daha əvvəl də qeyd etdiyimiz kimi, insanların çoxu Allahın gücünü qavraya bilmədiklərindən böyük bir cəhalətlə Uca Allahı göylərdə bir yerdə olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq olaraq düşünürlər (Allahı tənzih edirik). Bu azğın məntiqin əsası kainatın yalnız maddələrdən ibarət olduğunu, Allahın isə bu maddələrin "xaricində" haradasa bir yerdə olmasıdır (Allahı tənzih edirik).

    Həqiqi mütləq varlıq Allahdır. Yəni var olan yalnız Allahdır, maddə mütləq varlıq deyil. Kənarda var olan maddələr dünyası Allahın üstün yaradışının bir əsəridir. Allah "hər yerdə"dir və hər yeri sarıb-bürümüşdür. Bu həqiqət Quranda belə açıqlanır:

    Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının)yyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Onaxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

    Allahın məkandan münəzzəh olduğu və hər yeri sarıb-bürüdüyü həqiqəti bir başqa ayədə də belə bildirilmişdir:

    şriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.qiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.  (Bəqərə surəsi, 115)

    Bu həqiqətin qavranması tək olan Allaha şərik qoşmadan iman etməklə meydana gələr. Çünki Allahdan başqa bütün varlıqların kölgə varlıqlar olduqlarını bilən bir insan qəti bir imanla  "yalnız Allah vardır, Ondan başqa ilah (güc sahibi varlıq) yoxdur" deyər.
    Allahı gözləri ilə görmədiyi üçün Allahın varlığına inanmayanların materialist iddiaları da maddənin əsl mahiyyəti öyrənildiyində tamamilə yox olar. Çünki bu həqiqəti öyrənən adam öz varlığının bir xəyal xüsusiyyətində olduğunu anlayar. Xəyal olan bir varlığın isə mütləq olan bir varlığı görə bilməyəcəyini qavrayar. Quranda insanların Allahı görə bilmədiyi, amma Onun gördüyünü Rəbbimiz belə açıqlayır:

    Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir.... (Ənam surəsi, 103)

    Əlbəttə ki, biz insanlar Allahın varlığını gözlərimizlə görə bilmərik. Amma bilirik ki, Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə etmişdir. Bu səbəblə Allah Quranda "qulaqlara və gözlərə hakim" (Yunus surəsi, 31) olduğunu bildirir. Allahın məlumatı xaricində biz bir söz belə deyə bilmərik, hətta bir nəfəs də ala bilmərik. Buna görə də, Allah bizim etdiyimiz hər şeyi bilir. Bu vəziyyət Quranda da belə ifadə edilmişdir:

    Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. (Ali-İmran surəsi, 5)

    Maddənin əsli ilə əlaqədə olduğumuzu sanaraq, beynimizdəki kopiya dünyanı seyr edərkən də, yəni həyatımızı sürərkən bizə ən yaxın olan varlıq Allahdır. Allahın Quranda bildirdiyi "İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. " (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlidir. Allah insanı ətraflı şəkildə əhatə etmişdir və ona "sonsuz yaxın"dır.

    Allah insanlara "sonsuz yaxın" olduğunu "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam..." (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir. Bir başqa ayədə keçən "bbin insanları əhatə etmişdir" (İsra surəsi, 60) ifadəsi də həmin həqiqəti xəbər verir.

    İnsan özünə ən yaxın olan varlığın özü olduğunu sanaraq yanılır. Halbuki Allah bizə özümüzdən də yaxındır. "(Can) boğaza yetişdiyi zaman həmin an siz (can verən adama) baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz.." (Vaqiə Surəsi, 83-85) ayəsi ilə də bu həqiqəti bildirmişdir. Ancaq ayədə də bildirildiyi kimi, bəzi insanlar gözləri ilə görmədikləri üçün bu fövqəladə həqiqətdən xəbərsiz yaşayarlar. Onları yaradanın Allah olduğunu qəbul edər, ancaq gördükləri işlərin özlərinə aid olduğunu zənn edərlər. Halbuki, insanın hər hərəkəti Allahın iznilə yaradılır. Məsələn, bir kitab yazan insan Allahın iznilə o kitabı yazır. Kitabdakı hər cümlə, hər fikir, hər paraqraf Allahın diləməsilə meydana gəlir. Allah bu əhəmiyyətli həqiqəti bir çox ayəsi ilə bildirir. Bu ayələrdən biri də budur: "...sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. (Saffat surəsi, 96) Allah "... atdığın zaman sən atmadın, Allah atdı..." (Ənfal surəsi, 17) ayəsi ilə isə hər etdiyimizin Özünə aid hərəkətlər olduğunu bildirir.

    Həqiqət budur. Bir insan bunu qəbul etməyə bilər, amma bu heç nəyi dəyişdirməz.

    Maddənin əslini bilmək dünya  ehtirasını ortadan qaldırar

    Bura qədər izah etdiyimiz mövzu həyatınız boyunca sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın əslində bir "kölgə varlıq" olduğunu isbat edən bu mövzu Allahın varlığının və yaradışının qavranmasının, Onun yeganə mütləq varlıq olduğunun aydın ola bilməsinin açarıdır. Eyni zamanda həm insanın nə qədər aciz olduğunun elmi və inkar edilə bilməz bir isbatıdır, həm də Allahın möhtəşəm sənətinin bir təcəllisidir. Bu səbəblə də bu elm insanları iman etməyə təşviq edir. Bəzi insanların bu həqiqətdən qaçmalarının əsas səbəbi də budur.

    Burada izah edilənlər, eynilə bir fizika qanunu və ya bir kimyəvi düstur qədər qəti həqiqətlərdir. İnsanlar yeri gəldiyində ən çətin riyaziyyat problemlərini belə həll edə bilir, çətin başa düşülən bir çox mövzunu qavraya bilirlər. Amma həmin insanlara maddənin insanların zehinlərində yaranan bir görüntüdən ibarət olduğu, maddənin əsli ilə heç bir şəkildə əlaqədə ola bilməyəcəkləri izah edildiyində, bunu heç cür anlaya bilmirlər. Bu, son dərəcə "şişirdilmiş" bir anlayışsızlıq vəziyyətidir. Çünki burada izah edilən mövzunun qavranılması, eynilə bir insanın "iki vur iki neçə edər?", "neçə yaşındasan?" kimi suallara verəcəyi cavablar qədər asandır. Dünyanı harada gördüyünü hansı elm adamından, hansı professordan soruşsanız sizə "təbii ki beynimdə" deyə cavab verəcək. Hətta bu həqiqəti biologiya kitablarında da tapa bilərsiniz. Ancaq bütün bu açıqlığa baxmayaraq, maddi dünyanı beynimizdə qəbul etdiyimizə dair məlumat görməməzlikdən gəlinir. Elm tərəfindən isbat edilmiş ən əhəmiyyətli həqiqətlərdən birinin insanlardan gizlədilməsi böyük bir hadisədir əslində.

    İnsanların bütün elmi həqiqətləri asanlıqla qəbul edib, bu həqiqətdən bu qədər çox qorxub qaçmalarının əsas səbəbi isə maddənin həqiqətini öyrənməyin bütün insanların həyata dünyagörüşlərini dəyişdirəcək olmasıdır. Maddəni və özlərini mütləq varlıq olaraq qəbul edənlər və bütün həyatlarını buna bağlı olaraq quranlar, bir anda özlərinin, yoldaşlarının, uşaqlarının, sahib olduqları bütün sərvətin bir xəyal olduğunu anlayacaqlar. İnsanların məhz bu həqiqətdən bu qədər qorxmalarının, anladıqları halda anlamazlıqdan gəlmələrinin, bir ibtidai sinif uşağının belə asanlıqla qavraya biləcəyi bir həqiqəti son dərəcə mənasız etirazlarla özlərindən uzaqlaşdırmağa çalışmalarının ardında gizlənən səbəb bu dünya ehtiraslarını itirmə qorxusudur.

    Mallara, oğullara, dünyanın keçici bəzəklərinə ehtirasla bağlı olan biri üçün bu həqiqətən də böyük bir qorxu səbəbidir. Çünki bu həqiqəti anladığında, hələ ölmədən ölmüş, malını və canını təslim etmiş olacaq. Allah "Əgər (Allah) sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi halda, sizsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar." (Məhəmməd surəsi, 37) ayəsi ilə insanlardan bütün mallarını istədiyində onların necə müqavimət göstərəcəklərini və xəsislik edəcəklərini bildirir. Bir insan maddənin əslini öyrəndiyində onsuz da malının, canının Allaha aid olduğunu, verməmək üçün müqavimət göstərməyin mənasız olduğunu anlayacaq, ölmədən əvvəl hər şeyi ilə Allaha təslim olacaq. Səmimi iman edənlər üçün bu bir gözəllik, şərəf və Allaha yaxınlığa bir vəsilədir. İmansız və ya zəif imanlı insanlar isə bu gözəlliyi dərk edə bilmədikləri üçün bu həqiqəti böyük bir israrla inkar edərlər.

    Maddənin əsli gizlənmədiyində meydana gələcək mühit
    Maddənin əsli ilə əlaqədə olmadıqlarını, yalnız Allahın özlərinə izlətdirdiyi görüntülərlə bağlı olduqlarını bilən insanların bütün həyatları, dünyagörüşləri və mühakimələri dəyişəcək. Bu, həm fərdi, həm də ictimai mənada faydalı bir dəyişiklik olacaq. Çünki bu həqiqəti görən insan Allahın Quranda bildirdiyi üstün mömin əxlaqını heç bir çətinlik çəkmədən yaşayacaq.

    Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar üçün əhəmiyyət verilməli şey mənəviyyat olacaq. Allahın hər an onu eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətdən axirətdə hesab verəcəyini dərk edən bir adam təbii olaraq gözəl əxlaqlı olacaq, Allahın əmr və qadağalarına itaət edəcək. Beləcə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmət bəsləyəcək, gözəl davranışlarla bir-birilə yarışacaq. İnsanlar arasındakı dəyər mühakimələri dəyişəcək, maddə dəyərini itirəcək, beləcə insanlar arasında üstünlük mövqeyə görə deyil, əxlaqa və təqvaya görə olacaq. Heç kim əsli xəyal olan şeylərin arxasından qaçmayacaq, hər kəs həqiqətin arxasından gedəcək. İnsanlar “nə düşünərlər?" zehniyyəti ilə deyil, "nə etsəm Allah məndən razı olar?" düşüncəsi ilə hərəkət edəcəklər. Mal, mülk və mövqedən qaynaqlanan qürur, özünü bəyənmək hisslərini təvazökarlıq və acizliyini çox yaxşı anlamaq hissi əvəz edəcək. Bu səbəbdən insanlar Quranda bəhs edilən bütün gözəl əxlaq nümunələrini sevərək və istəyərək yaşayacaqlar. Bu sayılan dəyişikliklər isə günümüzdəki cəmiyyətlərinin bir çox problemini təbii olaraq ortadan qaldıracaq.

    Kiçik mənfəətləri üçün əsəbləşən, hirslənən, təcavüzkar olan insanların yerini hər gördüyünün Allahın ona izlətdirdiyi görüntülər olduğunu bilən, bu səbəblə qəzəb, hirslənmək, qışqırıb-çığırma kimi reaksiyaların özünü hörmətdən salacağını dərk edən insanlar tutacaq. Bu sayədə insanlara və cəmiyyətlərə rahatlıq və güvən hakim olacaq, hər kəs həyatından və sahib olduqlarından razı olacaq. İnsanlardan gizlədilən bu həqiqətin insanlara və cəmiyyətlərə qazandıracağı nemətlərin bir qismi bunlardır. Bu həqiqətin bilinməsi, düşünülməsi və yaşanması ilə birlikdə insanlar daha bir çox gözəlliklərə qovuşacaqlar. Bu gözəlliklərə qovuşmaq istəyənlərin edəcəyi şey isə bu böyük həqiqəti yaxşıca düşünmək və anlamağa cəhd göstərməkdir. Allah bir ayəsində belə bildirmişdir:

    (De:) “Rəbbinizdən sizə göz qabağında olan dəlillər gəlmişdir. Kim (onları) görsə, (xeyri) onun özünə, kim kor olsa (zərəri) onun öz əleyhinə olar.... (Ənam surəsi, 104)

     

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.