Bu məlumatın verdiyi böyük məsuliyyət

  • Heç şübhəsiz kitabın əvvəlindən bu yana izah edilən mövzular son dərəcə əhəmiyyətli və təəccüblü həqiqətlərdir. Mövzunun bizim prizmamızdan mühüm olan istiqaməti isə yaşadığımız hər anın, hər rəftarımızın, söylədiyimiz hər sözün, ağlımızdan keçən hər düşüncənin, hər niyyətin Allah Qatında eynilə mühafizə edilməsidir. Möminlərin bu böyük həqiqətin fərqində olduqları Quranda Hz. İsanın (ə.s) söylədiyi bu sözlərdən də aydın olur:

    Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki tanrı qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə,n onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!  (Maidə surəsi, 116)

    Bununla birlikdə insan Allahın istəmədiyi bir əməli etdiyində, ya da Allahın qadağalarını pozanda hesab günü bu etdiklərinin heç birini inkar edə bilməyəcək və hətta etdiklərini qarşısında canlı bir şəkildə görə biləcək. Heç bir şey yox olmadığına, itmədiyinə görə edilən səhvlər, pisliklər də əslində gizli dayanmaqdadır. Bu səbəblə inkar edənlər özlərini kimsənin görmədiyini, eşitmədiyini sanaraq rahatca Allahın sərhədlərini pozaraq, ya da Allahın xoşuna gəlməyəcək əməllər edənlər və pis sözlər söyləyənlər böyük qarışıqlıq yaşayacaqlar. Allahın hər şeyə şəxsən özləri şahidlik edəcəklər. Ayədə belə buyrulur:

    O, həm göylərdə, həm də yerdə (ibadət olunan Tək) Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir. (Ənam surəsi, 3)

    Lakin Allahdan uzaq olan bu insanlar hesab günü etdikləri hər şeyi incəliyinə qədər gördüklərində artıq edəcək bir şeyləri qalmayacaq. Çünki o gün Allahın Quranda bildirdiyi kimi, bu insanlar ətraflı əhatə edilmişlər:

    .... Lakin Allahdan onlara güman etmədikləri (bir əzab) düçar olacaqdır. Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdiklərizab) onları bürüyəcəkdir. (Zumər surəsi, 47-48)

    Hesab günü gəldiyində inkar edənlərin, münafiqlərin, Allahın əmrlərinə çəkinmədən baş qaldıranların heç bilmədikləri hadisələr reallaşacaq, Allahın insanların yaddaşında yenidən diriltməsi ilə bütün gizli fəaliyyətləri hər kəsin qarşısında ortaya çıxacaq. Eynilə ayədə ifadə edildiyi kimi, inkarçıların həyatları boyunca istehza etdikləri şey bu dəfə özlərini əhatə edəcək. İnkar edənlər dünya həyatında özlərinə verilən müddət ərzində inananların Allaha və axirətə olan inanclarına istehza etmişlər, ağıl çatdıra bilmədikləri üçün bu həqiqətləri "yanılma" olaraq şərh etmişlər. Lakin onların "yanılma" olduğunu iddia edərək istehza etdikləri əslində özlərini heç gözləmədikləri istiqamətdən əhatə etmişdir. Çünki əslində yanılan özləridir. Həyatları boyunca etdikləri bütün pisliklərin görüntüsü Allahın hifzindədir və hesab günü bir-bir qarşılarına qoyulacaq. Bunları hər inkar etdiklərində isə bu hadisələri canlı olaraq qarşılarında görəcəklər. Beləliklə, Allahın elmi ilə əhatə olunduqlarını anlayacaqlar. Allah inkar edənlərin vəziyyətini belə bildirmişdir:

    Allah da onlara istehza edər və azğınlıqlarını (o qədər) artırar ki, sərgərdanzərlər.  (Bəqərə surəsi, 15)

    Məkkə müşriklərinin Peyğəmbərimiz (s.ə.v.) dövründə yükləndikləri günahlar da, Hz. Nuh (ə.s) peyğəmbər dövründəki inkarçıların etdikləri də, Hz. İbrahimi (ə.s) yandıqmaq  istəyənlərin etdikləri pisliklər də, Hz. Yusuf (ə.s) peyğəmbəri quyuya salan qardaşlarının etdikləri də, Hz. Musaya (ə.s) əziyyət verən bəzi İsrailoğullarının azğınlıqları da bir istisna belə olmadan Allah Qatında saxlanılır. Heç biri unudulmuş, ya da itib-getmiş deyil. Hamısı ən gizli, hətta bəlkə heç bir insanın şahid olmadığı incəliyinə qədər eynilə qorunur. Bu həqiqətə Quranda da diqqət çəkilmişdir:

    Onlar (öz günahlarını) insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir.  (Nisa surəsi, 108)

    İndiki vaxtda yaşayan inkarçılar, ya da münafiq xarakterlilər üçün də eyni şey etibarlıdır. Bu insanlar möminlərin, ya da dinin əleyhində etdikləri hiyləgər planların gizli qalacağını, ortaya çıxmayacağını, hesab günü əvəzini görməyəcəyini sanmamalıdır. Etdikləri ən kiçik bir pislik, atdıqları hər böhtan, söylədikləri hər söz bu an Allah Qatında yazılıdır. Allahın o görüntüləri onların yaddaşlarından alması onları yanıltmamalıdır. Özləri bundan on il əvvəl bir möminə atdıqları bir böhtanı unutmuş ola bilərlər, amma bu etdikləri bir hərf belə əksik olmadan Allahın yaddaşında vardır. Allah diləsə bu hadisələri bu anda da insanların yaddaşlarında canlandırar. Amma bu həqiqəti bilməyən inkarçılar ayədə ifadə edildiyi kimi "düşüncəsiz bir camaat" (Maidə Surəsi, 58) olmaları səbəbindən Allahın qüdrətini qavraya bilməzlər. Lakin hesab günü həqiqəti görəcək və geriyə dönüşü mümkün olmayan bir utanc və peşmanlıq duyacaqlar.
    Qövmünün qabaqda gedən inkarçılarının göstərdiyi bu tip bir "ağılsız"lıq qarşısında Hz. Şueyb (ə.s) peyğəmbərin Quranda verdiyi cavabda da eyni həqiqət vardır:

    Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olma­­saydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”. O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir.  (Hud surəsi, 91-92)

    Allah hesab gününü yaratdığında bütün inkarçıların etdiklərinin hesabını da çox sürətli görəcək. Bu hissədə izah edilən mövzu, yəni yaradılan hər şeyin hər anının sonsuza qədər saxlandığı bilindiyində, Allahın bütün insanların hesabını bir anda və çox sürətli bir şəkildə görəcəyi də aydın olur. Ancaq insanın bu anı uzaq görməməsi çox əhəmiyyətlidir, çünki o an əslində bu andır. Yəni insanlar dünyada Allaha qarşı işlədikləri bütün günahların hesabını bu anda verirlər. İnkar edənlər etdiklərinin görülməyəcəyini, eşidilməyəcəyini və ya unudulacağını zənn edə bilərlər. Amma hesab günü böyük bir qarışıqlıqla qarşılaşacaqlar:

    ... Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz.  (Fussilət surəsi, 22-23)

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.