Materialistlər tarixin ən böyük tələsinə düşmüşlər

  • Türkiyədəki materialistlər arasında baş verən və burada yalnız bir neçə nümunə ilə göstərdiyimiz çaxnaşma atmosferi əslində materialistlərin tarix boyunca qarşılaşmadıqları böyük bir məğlubiyyətlə üz-üzə olduqlarını göstərir. Maddənin əsli ilə əlaqədə olmadığımız həqiqəti müasir elm tərəfindən isbat edilmişdir və çox açıq, qəti, güclü bir şəkildə ortaya qoyulmuşdur. Materialistlər kor-koranə inandıqları, bel bağladıqları, güvəndikləri maddi dünyanın içindəki hər şeylə birlikdə tamamilə yox olduqlarını görür və buna qarşı heç bir şey edə bilmirlər.

    Tarix boyunca materialist düşüncə həmişə var oldu və bu insanlar özlərindən və müdafiə etdikləri fəlsəfədən əmin olaraq onları yaratmış Allaha qarşı cahilcə baş qaldırdılar. Ortaya atdıqları ağıldan və elmdən uzaq ssenariyə görə maddə əzəli və əbədi idi və bütün bunların bir Yaradıcısı ola bilməzdi (Allahı tənzih edirik). Yalnız qürurlarından ötrü Allahı inkar edərkən maddənin mütləq varlıq olduğu yalanının arxasına sığındılar. Bu fəlsəfədən elə əmin idilər ki, heç zaman bunun əksini isbat ediləcəyini düşünmürdülər.

    Məhz buna görə maddənin əsli ilə əlaqədar olaraq bu kitabda izah edilən həqiqətlər bu insanları böyük bir qarışıqlığa salmışdır. Çünki burada izah edilənlər onların fəlsəfələrini yıxıb bir kənara atmış, üzərində mübahisə etməyə belə imkan verməmişdir. Bütün düşüncələrini, həyatlarını, qürurlarını və inkarlarını üzərinə qurduqları maddə əllərindən çıxmışdır.

    Allahın bir sifəti inkarçılara tələ qurmasıdır. Quranda "Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. " (Ənfal surəsi, 30) ayəsi ilə bu həqiqət bildirilir.

    Allah maddənin əsli ilə əlaqədə olduqlarını zənn etdirərək materialistləri tələyə salmış və tarixdə bənzəri görünməmiş şəkildə alçaltmışdır. Mallarının, mülklərinin, mövqelərinin,  cəmiyyətin, bütün dünyanın, əslində yalnız kopiyaları ilə əlaqədə olduqları hər şeyin əslini bildiklərini sanmışlar, üstəlik bunlara güvənərək cahilcə Allaha qarşı çıxmışlar. Böyük bir ağılsızlıq göstərib lovğalanaraq Allaha qarşı üsyan etmiş və inkarda irəli getmişlər. Bunları edərkən də güc aldıqları yeganə şey maddə olmuşdur. Amma elə bir anlayış əksikliyi içinə düşmüşlər ki, Allahın onları sarıb-bürüdüyünü heç düşünməmişlər. Allah inkarçıların anlayışsızlıqları nəticəsində düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:

    Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. (Tur surəsi, 42)

    Bu, bəlkə də tarixin gördüyü ən böyük uduzmadır. Materialistlər qürurlanaraq əslində böyük bir tələyə düşmüşlər, Allaha qarşı çirkin bir cəsarət göstərərək etdikləri mübarizədə məğlub olmuşlar. "Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər. " (Ənam surəsi, 123) ayəsi Yaradıcımıza cahilcə baş qaldıran bu  inkarçıların necə şüursuzluq içində olduqlarını və hansı sonla qarşılaşacaqlarını ən açıq şəkildə xəbər verir.
    Bir başqa ayədə isə bu həqiqət belə bildirilir:

    Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar. (Bəqərə surəsi, 9)

    İnkarçılar tələ qurmağa cəhd edərkən Allahın ayədə bildirdiyi "anlamırlar" ifadəsi ilə açıqlandığı kimi, çox əhəmiyyətli bir həqiqəti anlaya bilməmişlər: Yaşadıqları bütün hadisələrin zehinlərində hiss etdikləri kopiya görüntülər olduğu və qurduqları tələlərin də zehinlərində yaranan bir görüntü olduğunu... Bu anlamazlıqları səbəbindən də Allahla tək olduqlarını unudaraq özləri tələyə düşmüşlər.

    Hər dövrdə olduğu kimi, bu dövrdə də Allah inkarçıların bütün hiyləli nizamlarını yıxmışdır. Allah "Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.  (Nisa surəsi, 76) ayəsi ilə bu hiylələrin  qurulduqları andan nəticəsiz olacağını da xəbər vermişdir. Və möminləri də "onların qurduğu hiylə sizi ziyana sala bilməz. " (Ali-İmran surəsi, 120) ayəsi ilə müjdələmişdir.

    Allah bir başqa ayəsində inkar edənlərin aldanmalarını belə bildirir: "Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər... ". (Nur surəsi, 39) Bu ayədə işarə edildiyi kimi, materializm fəlsəfəsi də üsyan edənlər üçün bir "ilğım"a çevrilər: ona güvənərək əllərini uzatdıqlarında hər şeyin bir xəyaldan ibarət olduğunu anlayarlar. Allah onları belə bir ilğımla aldatmışdır, onlara maddənin əsilləri ilə əlaqədə olduqlarını zənn etdirmişdir. Professorlar, astronomlar, bioloqlar, fiziklər, mövqeləri nə olursa-olsun maddəni özlərinə ağılsızca ilah etmələri (Allahı tənzih edirik) səbəbindən bu oyuna gəlmişlər, bir uşaq kimi aldanmış və alçalmışlar. Beyinlərində gördükləri kopiya görüntülərin mütləq olduğunu sanaraq onun üzərində fəlsəfələrini, ideologiyalarını qurmuşlar, ciddi mübahisələr etmişlər, "intellektual" izahatlardan istifadə etmişlər. Bütün bunlardan ötrü də özlərini çox ağıllı saymışlar, kainatın həqiqəti haqqında fikir yürütməyi düşünmüşlər və ən əhəmiyyətlisi öz məhdud ağılları ilə Allah haqqında zənnə qapılmışlar. Allah onların düşdükləri bu vəziyyəti bir ayəsində belə bildirir:

    Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi, 54)

    Dünyada bəzi tələlərdən xilas olmaq mümkün ola bilər, ancaq Allahın inkar edənlərə qurduğu bu tələ elə möhkəmdir ki, ondan qurtulmaq əsla mümkün deyil. Nə edirlər etsinlər, kimə istəsələr müraciət etsinlər, Allahdan başqa özlərinə bir köməkçi tapmaları mümkün deyil. Allahın Quranda xəbər verdiyi kimi "Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar.." (Nisa surəsi, 173)

    Materialistlər belə bir tələyə düşəcəklərini heç gözləmirdilər. XX əsrin bütün imkanları əllərində ikən rahatlıqla inkar edə biləcəklərini və insanları da inkara sürükləyə biləcəklərini sanırdılar. Allah inkarçıların tarix boyunca daşıdıqları bu zehniyyəti və uğradıqları sonu Quranda belə xəbər vermişdir:

    Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik. (Nəml surəsi, 50-51)

    Ayələrdə izah edilən həqiqətin bir mənası da budur: Materialistlərə sahib olduqları hər şeyin sadəcə beyinlərindəki kopiyaları ilə əlaqədə olduqları açıqlanmış, yəni əllərindəki hər şey bütünlüklə yox edilmişdir. Onlar əslini bildiklərini zənn etdikləri mallarının, fabriklərinin, qızıllarının, dollarlarının, uşaqlarının, yoldaşlarının, dostlarının, mövqelərinin, hətta öz bədənlərinin əllərindən getdiyinə şahidlik edərkən "yox olmuşlar". Maddə olmaqdan çıxmış, artıq bir ruh halına girmişlər.

    Şübhəsiz, bu həqiqətin fərqinə varmaq materialistlər üçün dəhşət verici hadisədir. Çünki bu, onlar üçün hələ dünyada ikən "ölmədən bir ölüm"ə bərabərdir.

    Allah "ni yaratdığım kimsə ilə tək burax" (Muddəssir surəsi, 11) ayəsi ilə hər insanın Allah qatında əslində tək-tənha olduğunu xəbər vermişdir. Bu fövqəladə həqiqət bir çox ayədə bildirilmişdir:

    Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz.... (Ənam surəsi, 94)

    Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

    Bu ayələrdə izah edilən həqiqətin bir mənası da budur: Maddəni cahilcə ilah edənlər, (Allahı tənzih edirik) Allahdan gəlmiş və yenə ONA dönmüşlər. İstəsələr də, istəməsələr də Allaha təslim olmuşlar. İndi haqq-hesab gününü gözləyirlər və o gün hamısı bir-bir hesab verəcəklər. Anlamaq istəməsələr də...

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.