Kənarda maddə var, ancaq biz maddənin əslinə çata bilmərik!

  • Maddə xəyaldır demək, maddənin olmaması mənasına gəlməz. Əksinə, biz görsək də, görməsək də maddi bir dünya vardır. Ancaq biz bu dünyanı beynimizin içində bir kopiya olaraq, başqa sözlə desək, hisslərimizlə görürük. Bu səbəbdən maddə bizim üçün xəyaldır. Kənarda maddənin varlığını bizdən başqa görən varlıqlar da vardır. Allahın mələkləri, yazıçı olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:

    Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)

    Hər şeydən vacibi odur ki, Allah hər şeyi görür. Bu dünyadakı hər şeyi Allah yaratmışdır və yaratdığı hər şeyi də O görür. Quran ayələrində belə xəbər verilir:

    ... Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür.  (Bəqərə surəsi, 233)

    De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, (nə etdiklərini) Görəndir”.  (İsra surəsi, 96)

    Bundan başqa, unutmamaq lazımdır ki, Allah bütün hadisələri "Lövhi-Məhfuz" adlı kitabda yazılı şəkildə saxlayır. Biz görməsək də bunların hamısı Lövhi-Məhfuzda vardır. Hər şeyin Allahın Qatında Lövhi-Məhfuz adlandırılan "Ana Kitab"da saxlandığı bu şəkildə bildirilir:

    Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur. (Zuxruf surəsi, 4)

    ... Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)

    Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75 )

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.