Hiss edən kimdir?

  • Bura qədər aydın olduğu kimi, içində yaşadığımızı sandığımız və "xarici dünya" dediyimiz maddi dünyanın əsli ilə heç bir zaman əlaqədə ola bilmərik. Amma bu zaman belə bir sual meydana çıxır: Bildiyimiz heç bir maddi varlığın əslinə çata bilmiriksə, o halda beynimiz nədir? Beynimiz də qolumuz, qıçımız və ya başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, onun da əslinə heç bir zaman çata bilmərik.

    Beyini analiz etdiyimizdə qarşımıza digər canlı orqanlarda da olan zülal və yağ molekullarından fərqli bir şey çıxmaz. Yəni beyin dediyimiz ət parçasında görüntüləri seyr edərək şərh edəcək, şüuru meydana gətirəcək, qısacası "mən" dediyimiz şeyi var edə biləcək bir şey yoxdur.

    R. L. Gregory beyinin içində görüntünün yaranması ilə əlaqədar insanların düşdükləri bir yanılmanı belə dilə gətirir:

    Gözlərin beyindəki görüntüləri meydana gətirdiyinə dair düşüncələr var, lakin bundan çəkinmək lazımdır. Beyində bir şəkil meydana gəldiyi söylənsə bunu görməsi üçün içəridə daha bir gözün olması lazımdır, lakin bu gözün şəklini görə bilmək üçün daha bir gözə ehtiyac olacaq,... və bu da sonsuz bir göz və şəkil olması mənasını verir. Bu isə mümkün deyil.

    Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri əsl nöqtə buradır: Görən, gördüyünü qəbul edən və reaksiya verən "içəridəki göz" kimə aiddir?

    Karl Pribram da elm və fəlsəfə dünyasında hiss edənin kim olduğu ilə əlaqədar bu əhəmiyyətli axtarışa diqqət çəkmişdir:

    Yunanlardan bəri filosoflar daim "maşının içindəki varlıq", "kiçik insanın içindəki kiçik insan" və s. suallar üzərinə düşünmüşlər. Mən, beyini istifadə edən varlıq, haradadır? Əsl bilməyi reallaşdıran kimdir? Francisin də söylədiyi kimi: "Axtardığımız şey görənin nə olduğudur. "

    İndi bunu fikirləşin: Əlinizdəki kitab, oturduğunuz otaq, qısacası qarşınızdakı bütün görüntülər beyninizin içində görünür. Yaxşı, bu görüntüləri atomlarmı görür? Həm də kor, kar, şüursuz atomlar... Niyə atomların bir qismi bu xüsusiyyətləri qazanıb, amma digərləri qazana bilməyib?... Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardanmı ibarətdir?

    Bu sualları diqqətlə düşündüyümüzdə, atomlarda iradə axtarışının bir mənası olmadığını görərik. Aydındır ki, görən, eşidən və hiss edən varlıq maddədən xaric bir varlıqdır. Yaxşı bu görüntüləri beyninizin içində görən kimdir? Beyninizin içində bir gözə ehtiyac duymadan bu kitabın görüntüsünü görən, gördüklərini anlayan, oxuduqlarından təsirlənən, bunların üzərində düşünən kimdir? Beyinə çatan elektrik siqnallarını bir qulağa ehtiyac duymadan, bir dostunun səsi və ya ən sevdiyi mahnı olaraq dinləyən, dinlədiklərindən zövq alan kimdir?

    Məhz bu varlıq "ruh"dur
    Kənarda var olan maddənin beyindəki kopiyalarını görən, eşidən, hiss edən, qəbul edən, şərh edən ruhdur. Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar, bir atom və molekul yığını və bunların arasındakı kimyəvi reaksiyalar deyil, "ruh"dur.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.