Heyvanların da həyatlarının hər anı qeydlidir

  • Yer üzündə canlılıq başladığından bəri yaradılan hər heyvanın həyatındakı hər mərhələ də eynilə mühafizə edilməkdədir. Məsələn, 250 il əvvəl qütbdə yaşamış bir pinqvinin dünyaya gəldiyi ilk an, balıq tutmağı və ovlanmağı ilk dəfə öyrəndiyi an, öldüyü an kimi həyatının hər mərhələsi Allah Qatında mövcuddur. Sonsuza qədər də dayanacaq və bütün bunlar yaşadığımız bu an içində baş verir.

    Bizim heç bir zaman görmədiyimiz, həyatına şahid olmadığımız 700 il əvvəl yaşamış bir dəvə, ya da M.ö V əsrdə Amazon meşələrində yaşamış bir timsah, 2200-cü ildə Afrikada yumurtadan çıxacaq bir ilan, ya da bu gün Avstraliyada yaşayan bir kenquru üçün də vəziyyət eynidir. Bu sayılan heyvanların, daha doğrusu gəlmiş və keçmiş bütün heyvanların həyatlarına dair hər detal, hər mərhələ əslində eyni anda, yəni indi olmaqdadır. Məsələn, dəvənin doğulduğu an, səhrada yük daşıdığı an, su içdiyi an da daxil olmaqla hər anı gizlidir və bəhs edilən dəvə bu an əslində hələ su içir, hələ doğulur, hələ yük daşıyır… Dünya tarixi boyunca yaşamış bütün dəvələrin həyatlarına dair hər kadr canlı olaraq vardır. Bu günə qədər yaşamış trilyonlarca heyvan olduğu düşünülüncə bu mövzunu qavramaq çətin görünə bilər, lakin Allahın böyüklüyünün və qüdrətinin bir sirri də burada gizlidir. Allah Alim adı ilə gəlmiş-keçmiş, canlı-cansız hər şeyin məlumatına malikdir. Hafiz adı ilə bu canlılara aid hər cür məlumatı mühafizə edir. Quranda bu həqiqətə belə işarə edilir:

    (Allah) onları hesablamış və bir-bir saymışdır. (Məryəm surəsi, 94)

    Heyvanların ölümü də insanlarınkına bənzəyir. İnsanlar ölüncə necə həyatlarında keçirdikləri anlar yox olmursa, heyvanların yaşadıqları anlar da elədir. Bir insan sevdiyi bir heyvanı, məsələn quşunu itirdiyində onun üçün kədərlənir. Halbuki, o quş Allahın yaddaşında ən gözəl şəkli ilə dayanmaqdadır. Quşun yeni yumurtadan çıxmış halı da, sahibinin evinə gəlməsi də, hələ uça bilmirkən etdiyi oyunlar da ən sevimli şəkilləri ilə varlıqlarını davam etdirir. Və ya bir it öldüyündə, onun ölü halı da, diri halı da, ölüm şəkli də Allah Qatında müəyyəndir. Ölüm şəklinə aid görüntü tək bir kadrdır, bunun xaricində yaşadığına dair saysız görüntü vardır və bunlar da Allah Qatında sonsuz olaraq dayanmaqdadır. İtin yolda gedən halı da, özünü sevdirən halı da, hürən halı da, yemək yeyərkən halı da, ovlanarkən aldığı şəkil də və sahibinin görmədiyi bütün halları da hamısı Allah Qatında mühafizə edilir.

    Bu vəziyyət bütün heyvanlar üçün etibarlıdır. Quranda bildirilən Əshabi-Kəhfin mağarasının qapısında qollarını uzatmış vəziyyətdə gözləyən itin doğumu və ölümü, mağaranın qarşısında gözlədiyi hər saniyə bu an da Allahın hifzindədir. Eyni şəkildə, Hz. Salehin (ə.s) qövmünün özlərinə haram qılındığı halda kəsdikləri dəvənin Hz. Saleh (ə.s) tərəfindən gətirməsi də, daha sonra inkarçı qövm tərəfindən kəsilmə anı da yox olmamışdır, Allah Qatında mövcuddur. Və ya əzilən bir böcəyin də ölmədən əvvəl gedərkən, gəzərkən və ayaq altında əzilən zamankı bütün kadrları Allah Qatında dayanar. Böcəyin ölümü bir kadrdır və hər görünüşü eynilə dayanmaqdadır. Bizim əzilmə görüntüsündən etibarən o heyvana aid bir şey görməməyimiz onun yox olduğu mənasını verməz. Əksinə, bizim yaddaşımızda yaşamadığı, yaddaşımızda unudulduğu mənasını verər. Allah Qatında o böcəyə aid görüntü yenidən canlandırılsa, bizə 5 duyğumuzla hiss etdirilsə təkrar görərik.

    Fransız Qiyamı dövründə bir adamın gördüyü rəngarəng bir kəpənək üçün də eyni şey etibarlıdır. Adam kəpənəyi gördüyündə "nə qədər gözəl rəngləri var" deyib bir müddət sonra onu bir quşun qapdığını görüb kədərlənə bilər. Halbuki o kəpənək bütün simmetriyası və rəngarəngliyi ilə Allah Qatında canlı olaraq dayanmaqdadır. Kəpənəyin yaşadığı hər saniyə hətta salisə, qanadını hər açması və hər bağlaması, yerə hər qonduğu an, yerdən qalxması, qonduğu bütün çiçəklər Allah Qatında müəyyəndir. Üstəlik kəpənək bu hərəkətlərin hamısını birdən bu an etməkdədir. Eyni anda kəpənək uçur, qonur, yeyir, ölür... Lakin bütün bunların sonunda kəpənək diridir, sonsuza qədər də diri olaraq qalacaq. Minlərlə il əvvəl bu kəpənəyin öldüyünü görüb kədərlənən adamın hissləri də və o adamın həyatının hər anı da sonsuza qədər mövcud olacaq.

    "Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın.  (Nəml surəsi, 75)

    Beləcə "heyvanların ruhu varmı?", "onların sonu nə olacaq?" kimi sualların cavabı da verilmiş olur. Əhəmiyyətli olan o canlının Allahın yaddaşında olmasıdır. Allah Qatında məlumatı olduğu müddətdə (yaradıldığı andan sonsuza məhkum edilmişdir) bu varlıq canlı olar. Ancaq buradakı canlılıqdan qəsd Allahın bir hiss olaraq yaratmasıdır. Yoxsa digər canlıların heç birinin Allahın "Diri" adı ilə bir bənzərliyi yoxdur. Bu baxımdan heyvanın ruhunun olub-olmaması deyil, yaddaşda yaradılıb-yaradılmaması əhəmiyyətlidir. Allah diləsə, bu canlı yaddaşımızda var olar, diləməzsə yox olar. Allah insanın yaddaşından o heyvanın görüntüsünü alsa ölmüş olar, versə dirilmiş olar. Lakin nəticədə o heyvan Allahın yaddaşında sonsuza qədər ən canlı halı ilə var olacaq. Çünki Allah zamandan münəzzəhdir. Zamansızlıq içində də keçmiş, gələcək və ya indiki zamandan bəhs oluna bilməz. Hamısı bir andır.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.