Geriyə dönmək də mümkündür

  • Hər şeyin Allahın yaddaşında gizli olması qarşımıza çox əhəmiyyətli bir sirri çıxarır: Bir hadisədə geriyə doğru gedib o hadisənin başlanğıc anına çatmaq da Allahın diləməsilə son dərəcə asandır. İnsanlar zamandan asılı olduqları üçün belə bir hadisə onlara uzaq gəlir, halbuki Allah Qatında zaman yoxdur, daha əvvəl də ifadə etdiyimiz kimi, keçmiş və gələcək  bir andır. Eynilə bir video kasetdəki kadrların bir anda var olması kimi. Biz bir filmi seyr etdikdən sonra o filmi geriyə çevirib yenidən seyr edə biliriksə, bizim üçün keçmiş hadisələri Allahın diləməsilə yenidən seyr etməmiz mümkündür. Əhəmiyyətli olan Allahın o an bizə o hadisələrə aid hissləri təkrar hiss etdirməsidir. Allah üçün keçmiş bir hadisəni yenidən yaratmaq son dərəcə asandır.

    Bu həqiqətləri daha yaxşı qavraya bilmək baxımından belə qiymətləndirə bilərik: Quranda bəhs edilən Səba xalqının ayədə xəbər verildiyi kimi  "acı meyvəli, yulğunlu və bir az sidr ağacı olan iki bağa çevrilmiş" (Səba surəsi, 16) bağçaları bu an hələ bəlaya uğramadan əvvəlki halı ilə Allah Qatında dayanmaqdadır. Və ya bu bağçalardakı ağacların sonradan çürüyüb yox olması, bağçanın məhv olması da Allahın yaddaşındadır. Bundan min il əvvəl dünyanın hər hansı bir yerində yamyaşıl olan bir bağçanın daha sonra bir əkin tarlasına çevrilməsi, sonra o əkin tarlasının üzərinə bir ev tikilməsi, sonra evin dağıdılıb yerində bir atelye tikilməsi, yüz ildən sonra o atelyenin dağılıb bir qəbiristanlığa çevrilməsi və sonda bu gün bu sahənin bir otel olaraq istifadə edilməsi və bu mərhələyə qədər arada keçən bütün mərhələlər sonsuza qədər Allah Qatında dayanmaqdadır. Allahın diləməsi ilə bu an bu məkanın içində olduğu andan geriyə doğru gedərək o bağçaların ilk halını görmək də mümkündür.

    Şübhəsiz kainat yaradıldığı andan etibarən varlıqların və hadisələrin hər anının Allah Qatında gizli olması böyük bir hadisədir. Bu vəziyyət əslində inananlar üçün cənnətdə böyük bir nemət olacaq. Çünki insanlar istər öz keçmişlərini, istərsə də tarixdə keçmiş hadisələri maraqlanaraq görmək istəyə bilərlər. Allahın diləməsilə cənnətdə möminlər üçün görmək istədikləri bu hadisələrin hamısı onlara göstərilə bilər.

    Məsələn, insan kainatın ilk yaradıldığı Big Bang anını, qalaktikaların ilk meydana gəlməsini, ilk atomun meydana gəlmə mərhələlərini, özünün ana bətnində keçirdiyi mərhələləri, tarixin hər hansı bir dövründə yaşanmış bir hadisəni, okeanların yüzlərlə metr altında insanların əsla çatmağa güc çatdıra bilmədikləri mühitlərdə yaşayan canlıları, Titanikin batmasını, anasının uşaqlığını, 3 nəsil sonrakı nəvəsinin həyatını, keçmişdə yaşadığı hadisələri, illər əvvəl itirdiyi pişiyini, uşaqkən yetişdirdiyi bir bitkini görmək istəyə bilər. Bunların hər biri digər bütün hadisələr kimi Allah Qatında bütün detalları ilə mühafizə edilir. İnsan bu şəkildə nə ilə maraqlansa, Allahın diləməsi ilə öyrənə bilər və görə bilər ki, bu insan üçün həqiqətən də çox böyük bir nemətdir.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.