Çiçəklər solub itməz, meyvələr yox olmaz...

  • Allah hər şeyin məlumatına sahib olandır. Yuxarıdakı ayədə xəbər verildiyi kimi yer üzü var edildiyindən bəri yaradılmış olan bütün yarpaqların, ömürləri boyunca keçirdikləri bütün hadisələri və vəziyyətləri də bilər. Məsələn, minlərlə il əvvəl Babildəki bir ağacın və hətta o ağacdakı bir yarpağın belə məlumatı Allah Qatında gizli dayanmaqdadır. Hətta o yarpağın yerə düşənə qədər keçirdiyi bütün mərhələlər ayrı-ayrı saxlanmaqdadır. Babildə ağacın altında oturub o yarpağın düşməyini izləyən insan fərqində olmasa da, onun düşməyini müşahidə etdiyi saniyələr bir-bir Allahın yaddaşında mövcuddur və bu saniyələrin heç biri yox olmamış, keçmişdə qalmamışdır.

    Bir insan yarpağın ağacdan düşməyini çox əhəmiyyətli bir hadisə olaraq qəbul etməyə bilər. Ancaq yer üzündəki gəlmiş-keçmiş bütün yarpaqların düşməyinin və bütün canlıların hər anlarının bu şəkildə "hifz edildiyi" düşünüldüyündə Allahın böyüklüyü və elmi açıq-aşkar bir şəkildə qarşımıza çıxar. Bu, bir Quran ayəsində belə bildirilir:

    ... O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.  (Ənam surəsi, 59)

    Bunu görən insanın edəcəyi yeganə şey Rəbbimiz qarşısında boyun əyməkdir. Allah çox ucadır. Hər şeyin məlumatı Onun Qatındadır. "O, göydən yerə qədər olan bütün işləri idarə edir...." (Səcdə surəsi, 5) ayəsində xəbər verildiyi kimi, insanları, heyvanları, bitkiləri, qısacası hər canlı və hər hadisəni Allah yaradır və bunların hamısı Onun Qatında canlı olaraq mühafizə edilir.

    Bu, çiçəklər üçün də etibarlıdır. Bir çiçək solduğunda insanlar onun öldüyünü, yox olduğunu zənn edərkən, əslində o Allah Qatında bütün detalları ilə dayanar. Çiçək tumurcuq halında ikən də, açmadan əvvəl də, yeni açdığında da, solduğunda və öldüyü zənn edildiyində də bütün bu mərhələləri Allah Qatında dayanmaqdadır. "De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir" (Yasin surəsi, 79) ayəsində xəbər verildiyi kimi, reallaşan hər mərhələ Allahın məlumatı daxilindədir. Ayrıca daha əvvəl də ifadə etdiyimiz kimi, çiçəkdə ardıcıl olaraq meydana gələn dəyişikliklər müxtəlif zamanlarda olmuş kimi görünsə də, əslində hər mərhələsi eyni anda yaşanmaqdadır. Allah Qatında bir çiçəyə aid hər detal saxlanmaqdadır, lakin Allah bunları dilədiyinə göstərir. Gəlinciyi görən insanların yaddaşından bir müddət sonra gəlinciyə aid bu görüntülər silinər, amma bunların hər biri Allahın yaddaşında qalar.

    Allahın Muhsi ismi "Sonsuz olsa da, hər şeyin sayını bilən" deməkdir. Allah bu günə qədər yer üzündə var olmuş və budağından düşən bütün yarpaqların sayını ən yaxşı biləndir. Ayrıca bütün bitkilərin, bütün yarpaqların, bütün çiçəklərin yaranmalarından etibarən hər anları, yavaş-yavaş böyümələri, inkişafları, qurumaları, tökülmələri, üzərlərinə qonan böcəklər, tozlar, hər bir yarpağın üzərinə düşən hər yağış damlası sonsuza qədər Allahın məlumatı daxilindədir. Bunlar digər bütün canlıların həyatlarındakı hər anı ilə birlikdə bir anda və bir səthdə yaradılmışlar. Bütünlüklə bu anda, indi var edilmişlər. Bu səbəbdən bir yarpaq quruyub düşəndə, əslində o ölmür, yalnız bizim yaddaşımızdan silinir, halbuki başqa bir insanın yaddaşında hələ saxlanılır. Əgər Allah başqa insanların yaddaşında canlandırsa, onlar bu yarpağı görməyə davam edərlər.

    Saxsınızda yetişdirdiyiniz bir bənövşə üçün də bu vəziyyət eynidir. Bənövşənizin ilk tumurcuqladığı an da, çiçək açdığı il anı da, böyüyüb inkişaf etməyi də, solub-büzülməsi də Allah Qatında müəyyəndir. Əslində bu an hamısı birdən olmaqdadır. Başqa sözlə desək, bənövşə indi açmaqda, amma indi də solmaqdadır. Bənövşənin açması ilə solması arasında bir zaman yoxdur. Zaman anlayışı yalnız bizim üçün etibarlıdır, Allahın yaddaşı bütün zamanların üstündədir. Bu həqiqəti xatırlayınca aydın olur ki, yer üzündə tarix boyunca var olmuş bütün bənövşələr, əslində eyni anda açmaqda, eyni anda solmaqdadır. Bütün yarpaqlar bu an çıxmış, bütün yarpaqlar bu an tökülmüşdür. Belə ki, bundan 1500 il əvvəl Afrikadakı bir meşədə bir ağacın koğuşunda yaşamış kiçik bir bitkinin belə həyatının hər mərhələsi Lövhi-Məhfuzda qeydlidir. Eyni şəkildə bundan 14 əsr əvvəl Müsəlmanların Peyğəmbərimizə (s.ə.v.) beyət etdikləri ağacın toxumdan çıxması, filizlərini torpağın üstünə doğru uzatması, sonra da quruması hər detalı ilə bu an mövcuddur. Yer üzündəki hər hansı bir dağda böyüyən bir otdan, dünyanın hər hansı bir çəmənliyində yetişən bir ota, səhradakı bir kaktusdan, varlığından kimsənin xəbəri olmadığı bir kola, buzların arasından çıxan bir novruzgülü çiçəyinə və ya asfaltın kənarında bitən bir çobanyastığına qədər hər bitkinin hər anı Allahın yaddaşında saxlanmaqdadır. Bəlkə bu bitkinin varlığından yer üzündəki heç bir insanın xəbəri belə olmaya bilər. Hətta heç bir zaman olmayacaq da. Lakin Allah əlbəttə ki, bütün bunlardan xəbərdardır:

    ... Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın”.  (Səba surəsi, 3)

    Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. (Fussilət surəsi, 47)

    Bir başqa ayədə isə bu mövzu belə ifadə edilmişdir:

    O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, Rəhmlidir, Bağışlayandır (Səba surəsi, 2)

    Bu izah edilənlərin insanın zehnində daha yaxşı canlana bilməsi baxımından, hər vaxt gördüyümüz meyvələrdən də nümunə verilə bilər. Məsələn, Afrikadakı bir banan ağacında yetişən bir bananın böyüklüyü, dadı, yetişməsi Allah Qatında müəyyəndir. Nə vaxt toplanacağı, kim tərəfindən qoparılacağı, nə vaxt yetişəcəyi və nə vaxt qaralacağı, hansı süfrəyə qoyulacağı, kimlər tərəfindən yeyiləcəyi Allah Qatında hələ o banan ağacının toxumu torpağa girmədən məlumdur. Allah bu həqiqəti bir ayəsində belə xəbər verir:

    Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

    Bananın hələ budağından ilk çıxdığı andan etibarən süfrəyə gedənə qədər keçirdiyi hər mərhələ Allah Qatında saxlanılır. Əslində o bananın budağından çıxdığı ilk andan etibarən yeyilənə qədər çox müddət keçmiş kimi görünür. Başqa sözlə desək, bananın uzun bir ömrü olduğu düşünülür. Bu meyvə əvvəl budağında yetişir, sonra biri tərəfindən dərilir, qablaşdırılır, nəqliyyat vasitəsilə yüklənib uzun bir səfərə çıxır, bəlkə okeanlar aşaraq müxtəlif ölkəyə aparılır, orada da anbarlara qoyulub satıcılara paylanır və bəlkə də yetişdiyi yerdən çox uzaq bir ölkədə onu satın alan bir adamın ailəsindən biri, ya da qonağı tərəfindən yeyilir. Amma başdan bəri ifadə etdiyimiz kimi bu dünyagörüş yalnız zamandan və məkandan asılı olan insan üçün etibarlıdır. Allah Qatında isə bananın bütün ömrü bir anda keçir. Banan bu an yetişir və bu an biri tərəfindən yeyilir. Həmin banan bu an budağından qoparılır, bu an konteynerlərə yüklənir. Bir daha xatırlatmaq lazım olsa, o bananın həyatı ilə sizin həyatınız, ya da Sezarın həyatı və ya Böyük İskəndərin, ya da Edisonun həyatı əslində eyni anda yaşanır. Yer üzündəki gəlmiş-keçmiş bütün meyvələrin, bütün bitkilərin, bütün insanların, bütün heyvanların məlumatı Uca Allahın hifzindədir. Bu həqiqətlər səmimi bir niyyətlə yaxşıca, dərindən düşünülsə, bunun nə qədər böyük bir hadisə olduğu aydın ola bilər.

    Digər əhəmiyyətli bir nöqtə isə bu meyvələrdən heç birinin əslində çürüməməsi, yox olmaması, solmaması, itməməsidir. Bir portağal düşünün. Aralıq dənizinin sahilində portağal bağçalarında 50 il əvvəl yetişmiş olsun. Bu portağalın nə vaxt, hansı ağacdan, hətta o ağacın hansı budağından çıxacağı, turş və ya şirin olacağı, böyüklüyü, forması, rəngi, kim tərəfindən budağından toplanacağı, hansı anbarda saxlanacağı, hansı yük maşınına yüklənəcəyi, kim tərəfindən daşınacağı, hansı meyvə satıcısına gedəcəyi, meyvə satıcısından kim tərəfindən satın alınacağı, alındığı evdə kim tərəfindən yeyiləcəyi o portağalın qədərindədir. Bəlkə də meyvə səbətində unudulacaq və kiflənəcək. An-an kiflənmə mərhələləri və sonda tamamilə kiflənib xarab olması və ev sahibi tərəfindən zibilə atılması da qədərindədir. Bir portağalın ömrünün hər saniyəsi, qədərindəki hər an Allah Qatında sonsuza qədər vardır. Nəticə olaraq o portağal Allah Qatında ölməz, yox olmaz, sonsuza qədər ilk tumurcuqlandığı, yetişdiyi, çürüməyə başladığı və xarab olduğu hər halı ilə diri və canlı olaraq qalar. Çünki Allah Həyy, yəni diri olandır. Onun yaddaşındakı hər şey də Allah "Ol" dediyi andan etibarən diridir.

    Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. (Biz həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar (ağacları da yetişdiririk). Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)

    Axan su da boşa getməz
    Bura qədər izah edilən hər şey axan sular üçün də etibarlıdır. Çaydan, qaynaqdan, bulaqdan, bir artezian, ya da şəlalədən axan suyun hər damlasının hər anı Allah Qatında saxlanmaqdadır. Axan suyun bir damlası belə yox olmaz, itməz. Hər damla sonsuza qədər dayanar. Heç biri boşa getməz. Eynilə, canlılarda olduğu kimi onların da hər anı, hər halı Allahın yaddaşında gizlidir. Kainat var olduğundan bəri yer üzündə axmış, hələ də axan və gələcəkdə də axacaq bütün sular bu an axır. Başqa sözlə desək, hamısı indi bir anda axmaqdadır. Allah zamandan münəzzəhdir və axan suların da əvvəli və sonrası yoxdur. Kainatdakı hər hadisə kimi bu da bir anda baş verir. Sonsuzluğun içində bir zaman vardır və bütün hadisələr bir anda olmaqdadır.

    300 il əvvəl Missisipidə bir anda axan su ilə 500 il əvvəl Reyn çayında bir anda axan su, ya da 200 il sonra Firatdan başqa bir anda axacaq su əslində bir anda axmaqdadır. Hamısı bu an, bu dəqiqə axır. Heç birində axan su yox olmaz, sonsuza qədər Allah Qatında axmağa davam edər.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.