Hisslərin beyində meydana gəlməsi fəlsəfə deyil, elmi həqiqətdir

  • Materialistlər burada izah etdiklərimizin fəlsəfi bir dünyagörüş olduğunu iddia edirlər. Halbuki bizim "xarici dünya"nın əsli ilə heç bir zaman əlaqədə olmadığımız bir fəlsəfə deyil, elmi həqiqətdir. Görüntünün və hisslərin beyində necə meydana gəlməsi bütün tibb fakültələrində ətraflı şəkildə tədris edilir. Başda müasir fizika olmaqla, XX əsr elminin ortaya qoyduğu həqiqətlər maddənin konkret bir həqiqətə sahib olmadığını, hər kəsin birmənalı olaraq "beynindəki ekran"ı izlədiyini açıqca göstərir.

    Bunu istər ateist olsun, istər buddist, istər başqa bir dünyagörüşə, ya da düşüncəyə sahib olsun elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist Allahın varlığını inkar edə bilər, amma bu elmi həqiqəti inkar edə bilməz.

    Yaşadıqları dövrlərin elm anlayışı və elmi imkanları qeyri-kafi də olsa, Karl Marks, Friedrich Engels, Georges Politzer və başqalarının bu qədər asan və açıq bir həqiqəti qavraya bilməmələri çaşdırıcıdır. Amma indiki vaxtda elmin və texnologiyanın imkanları son dərəcə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu həqiqətin qavranmasını daha da asanlaşdırır.

Bu sayt hörmətli Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.